Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Niderland- Azərbaycan biznes forumu keçirilib

23:13  |    28 Aprel 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytına İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 23-də İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığına səfəri çərçivəsində Niderland-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə, energetika, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak etmişdir.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan və Niderland arasındakı siyasi və iqtisadi əlaqələr inkişaf edir, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər, imzalanmış sənədlər ikitərəfli münasibətlərin genişlənməsində xüsusi rol oynayır.

Hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, bankçılıq, sığorta, tikinti, nəqliyyat və s. sahələrdə 125 Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Niderland tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 800 mln. ABŞ dolları həcmində investisiya yatırılmışdır. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini vurğulayan Şahin Mustafayev 2014-cü ildə Niderlandın Maastrixt İdarəetmə Məktәbi və Azərbaycanın ADA Universiteti arasında imzalanmış Əməkdaşlıq Müqaviləsini qeyd etmişdir.

Bildirilmişdir ki, iş adamlarının iştirakı ilə keçirilən tədbirlər əməkdaşlıq perspektivlərinin müzakirəsi və sahibkarlar arasında yeni əlaqələrin qurulması üçün yaxşı imkan yaradır. Bu baxımdan, əlaqələrimizin davamlı olaraq inkişaf etdiyi Niderland Krallığı ilə mütəmadi olaraq biznes forumlar keçirilir. Belə forumlardan biri 2014-cü ildə Niderland Senatının üzvü Rene Van Der Lindenin Azərbaycana səfəri çərçivəsində təşkil edilmişdir. Qeyd olunmuşdur ki, Van Der Linden Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verir. Təsadüfi deyildir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfəsinə görə Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir.

Çıxışında Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, bir sıra iri regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, Azərbaycanda siyasi, makroiqtisadi və maliyyə sabitliyinin təmin edildiyini, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizdəki iqtisadi inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulamışdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video