Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Akademik Zərifə Əliyeva anılıb

22:30  |    28 Aprel 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytına ADİU-dan verilən xəbərə gösə, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib.

ADİU-nun rektoru, professor Ədalət Muradov çıxış edərək, görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. Bildirib ki, tibb elmində böyük xidmətləri olan oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. O, Azərbaycana ölkəmizin dünya dövlətləri sırasında önəmli yer tutmasında müstəsna rolu olan Prezident İlham Əliyevi bəxş edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şuranın üzvü Sədaqət Qəhrəmanova çıxışında vurğulayıb ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. S.Qəhrəmanova bildirib ki, Zərifə xanımla Heydər Əliyevin ailəsi, onların yetişdirdiyi övladlar bugünkü gənc ailələrə örnəkdir.

Milli Məclisin deputatı Qənirə Paşayeva görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışıb. Bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən Zərifə xanımın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıb. Bildirib ki, onun kəşfləri oftalmologiya elminə böyük töhvələr verib.

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova bildirib ki, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə edib. Bu, onun fədakar ana olmasından irəli gəlirdi.

Tədbirdə ictimai xadim, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi