Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Azərbaycan alimi Belarusda beynəlxalq simpoziuma həmsədrlik edib

15:40  |    11 İyul 2017  |   E-mail  |  Çapa göndər

Belarusun paytaxtı Minskdə “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilib.


Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, simpoziumda 200-dən artıq alim və mütəxəssisin iştirakı ilə Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlifliyin qorunması mövzuları əsas müzakirə obyekti olub. Beynəlxalq tədbirə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov həmsədrlik edib və “Abşeronun landşaft memarlığının biomüxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib.

“SEAB-2015. Avrasiyada biomüxtəliflik” mövzusunda birinci beynəlxalq simpoziumun keçirilməsi təşəbbüsü Dendrologiya İnstitutu tərəfindən irəli sürülüb və ilk dəfə 2015-ci il iyunun 1-dən 5-dək Bakıda baş tutub. Beynəlxalq simpozium 2016-cı ildə isə Türkiyənin Pamukkale Universitetində təşkil olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır
06.06.2020
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını blokladı - Səbəb
06.06.2020
ABŞ-dakı irqçiliyə qarşı etiraz aksiyaları dəstəkləndi
06.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
05.06.2020
Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...