Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

İŞSİZLƏRİN NƏZƏRİNƏ - Yardımlı və Goranboyda əmək yarmarkası keçiriləcək

22:15  |    28 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkaları davam etdirilir.

Nazirlik tərəfindən sabah, aprelin 29-da Yardımlı rayonunda, mayın 1-də isə Goranboy rayonunda Əmək yarmarkaları keçiriləcək.

Yardımlı rayonunda 250-ə yaxın, Goranboy rayonunda isə 240-dək boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulur.

Xatırladaq ki, ƏƏSMN tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 Əmək yarmarkası keçirilib. Həmin aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 4838 nəfəri (və ya 85 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb