Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Küveyt aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

15:28  |    11 İyul 2017  |   E-mail  |  Çapa göndər

Küveytin "Wataniya Airways" aviaşirkəti Azərbaycana uçuşları bərpa edir.


"Report"un "KUNA" agentliyinə istinadən verdiyi məlumatına görə, aviaşirkət Azərbaycan da daxil olmaqla, Tbilisi (Gürcüstan) və Sarayevoya (Bosniya və Herseqovina) olan uçuşlarını bu həftədən etibarən yerinə yetirməyə hazırlaşır.
Qeyd edək ki, ilk uçuş iyulun 11-də Tbilisiyə reallaşdırılacaq.

"Report"un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, Bakıya uçuşların yerinə yetirilməsi iyulun 12-dən etibarən başlanılacaq. Belə ki, təyyarə 15:40-da Bakıya gələcək, 16:25-də Bakıdan uçacaq. Növbəti uçuşlar iyulun 15-də (13:20/14:15) və 19-da (12:10/12:55) həyata keçiriləcək. Uçuşun müddəti 2 saat davam edəcək.

Qeyd edək ki, Bakıdan Küveytə gediş-dönüş aviabiletinin ("ekonom" sinifi) qiyməti təxminən 450 dollar (766 manat) təşkil edir.

Xatırladaq ki, "Wataniya Airways" maliyyə vəziyyətinin pisləşməsi və Yaxın Şərqdə yaranmış siyasi sabitsizliklə əlaqədar 2011-ci ildən uçuşlarını dayandırmalı olub.
Hazırda şirkətin kapitalının həcmi 10 mln. dinar (33,01 mln. dollar) təşkil edir. Aviaşirkət kapitalının uçuşlar yeniləndikdən sonra 20 mln. dinara çatacağını gözləyir.

"Wataniya" sərnişinlərə "Airbus A320s" təyyarəsi ilə xidmət göstərir və Misir, BƏƏ, Livan, İordaniya, İran, Hindistan, Pakistan və Avropa olmaqla 16 istiqamətə uçuşlar yerinə yetirməyi planlaşdırır. Ekspertlərin fikrincə, "Wataniya" rəqibləri - "Kuwait Airways" və "Jazeera Airways"lə rəqabətə girməli olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Kanadanın baş naziri öldürülən afroamerikalını diz çökərək yad etdi - FOTO
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır
06.06.2020
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını blokladı - Səbəb
06.06.2020
ABŞ-dakı irqçiliyə qarşı etiraz aksiyaları dəstəkləndi
06.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI