Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Əbülfəs Qarayev İran nümayəndə heyəti ilə görüşüb

14:25  |    11 İyul 2017  |   E-mail  |  Çapa göndər

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazir iyulun 3-dən 8-dək İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinin təşkilindən razılığını ifadə edib. O bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək.
Ə.Qarayev həmçinin qonağın diqqətinə çatdırıb ki, son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatlar yer alır: “Son günlərdə cəbhə bölgəsində Ermənistan ordusunun mülki vətəndaşlarımızı qətlə yetirməsi ilə bağlı İran mətbuatının Azərbaycana dəstək olmasını yüksək dəyərləndiririk”.

İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını bildirib. Novruz bayramı və lavaşın müştərək olaraq UNESCO-nun Qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edildiyi diqqətə çatdırılıb: “İki ölkə arasındakı əməkdaşlıq əlaqələri dostluğun simvoludur. Ölkə rəhbərlərimiz son 4 ildə 8 dəfə rəsmi şəkildə görüşüblərsə, biz də bu münasibətlərə öz töhfəmizi verməli, əməkdaşlıq sahəsində daha səmərəli fəaliyyət göstərməliyik”.

Daha sonar nazir İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkür məktubu təqdim edib. Ə.Qarayev iki ölkə arasında mətbuat sahəsində bundan sonra da səmərəli fəaliyyətə ümidvar olduğunu vurğulayıb.

İran nümayəndə heyətinin rəhbəri Hüseyn Entezami dini və mədəni bağlılığı olan iki ölkənin mədəniyyət və turizm sahələrində bundan sonra da əməkdaşlığının vacibliyini qeyd edib. O bildirib ki, bu prosesdə mətbuat nümayəndələri də yaxından iştirak etməli, iki ölkənin KİV-ləri arasında infoturlar təşkil olunmalıdır.
Səfərinin məqsədinin İran və Azərbaycan mediası arasında əlaqələrin gücləndirilməsi olduğunu deyən qonaq mədəni diplomatiyanın ölkələr arasında xüsusi əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələndi
06.06.2020
Avtobuslar ayın 8-də saat neçədən işləyəcəklər? - RƏSMİ CAVAB
06.06.2020
Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTO
06.06.2020
Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi aşkarlandı
06.06.2020
Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət - VİDEO