Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6565

Digər sorğular

Bu gün Avstriyada ATƏT-in qeyri-rəsmi nazirlər görüşü keçiriləcək

14:13  |    11 İyul 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Avstriyanın Mauerbax kommunasında ATƏT-in qeyri-rəsmi nazirlər görüşü keçiriləcək.

Qaziler.az "Report"-a istinadən xəbər verir ki, görüşün əsas mövzusu təşkilat ərazisində münaqişələr və təhlükəsizliyə təhdidlər olacaq.

"Dialoq və əməkdaşlıq vasitəsilə etimad yaradılması" şüarı altında keçiriləcək görüşdə həmçinin miqrasiya, terrorizmə qarşı mübarizə, insan hüquqları, qanunun aliliyi və demokratiya, bu il dekabrın 7-8-də Vyanada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclasına hazırlıq məsələləri üzrə müzakirələr aparılacaq.
İclasa ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Avropa, inteqrasiya və xarici işlər üzrə federal naziri Sebastyan Kurts sədrlik edəcək. İclasda ATƏT-ə üzv 57 ölkənin nazirləri, ATƏT PA-nın prezidenti və baş katibi iştirak edəcək.
Plenar iclasdan sonra müzakirələr iki interaktiv dəyirmi masa çərçivəsində davam edəcək. "Terrorizmə səbəb olan zorakı ekstremizm və radikallaşmaya qarşı mübarizə" mövzusunda olacaq dəyirmi masalardan biri ATƏT-in fəaliyyətdə olan sədrinin radikallaşması və zorakı ekstremizm üzrə xüsusi nümayəndəsi professor Piter Neymann tərəfindən təqdim olunacaq. İkinci dəyirmi masa "ATƏT regionunda cari və gələcək çağırışlara və təhlükəsizlik riskləri üzrə strukturlaşdırılmış dialoq"a həsr olunacaq.

Xatırladaq ki, Mauerbaxdakı görüş çərçivəsində həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakıyla Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü də planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib