Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

“Hacıyıq, pivəxana nədir?” - Səs-küylü “şəhid bulağı”ndan – FOTO

00:16  |    11 İyul 2017  |   E-mail  |  Çapa göndər


Bu gün Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə tikilmiş bulaq-kompleksin sökülməsi barədə xəbər vermişik.

Oxu.Az-ın məlumatına görə, şəhidin adına tikilmiş bulağın yerində “Qarabağ” adlı kababxana- pivəxananın açılması isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Heyrət doğuran əsas məqamlardan biri isə sökülmə işini həyata keçirən şəxsin şəhidin qardaşı olmasıdır.

“Qafqazinfo”nun əməkdaşları bulağın söküldüyü ərazidə olub. Məlum olub ki, xəbərlərdə yayıldığı kimi sözügedən ərazi kafe - pivəxana deyil. Obyektdə ət kəsimi edilir və kabab bişirilir. Kəsim dükanının sahibi isə şəhidin qardaşı Mübariz Allahverdiyevdir. M. Allahverdiyev obyekti icarəyə verib.

İcarəçi şəxslər isə saytımıza bildiriblər ki, burada heç vaxt pivəxana olmayıb:

“Camaat yalandan yazıb. Biz - obyekti icarəyə götürənlər hacı adamlarıq. Pivəxana nədir? Bulaq indi əvvəlki yerinə qaytarılıb. Təxminən bir ay yarım əvvələ kimi isə obyektin sağ küncündə şəhidin abidəsi divara qoyulmuşdu. Bu gün isə Yasamal rayon icra hakimiyyətinin başçısının müavini gəldi. Abidə əvvəlki yerinə qaytarıldı. Sabah isə bulağın qoyuluşu planlaşdırılır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələndi
06.06.2020
Avtobuslar ayın 8-də saat neçədən işləyəcəklər? - RƏSMİ CAVAB
06.06.2020
Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTO
06.06.2020
Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi aşkarlandı
06.06.2020
Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət - VİDEO