Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Çin Aya insan göndərir: 200 günlük sınaq başladı

21:33  |    10 İyul 2017  |   E-mail  |  Çapa göndər

Pekində xüsusi laboratoriyada Ayda həyatın təqlid edilməsi ilə bağlı təcrübə proqramının 2-ci mərhələsinin icrasına başlanılıb.


Axar.az xəbər verir ki, 4 könüllü tələbə Çinin Ay proqramını reallaşdırmasına hazırlıq mərhələsi çərçivəsində 200 gün ərzində tam təcrid olunmuş xüsusi laboratoriya şəraitində yaşayacaq. 160 kv.m sahəyə malik olan “Yuequn” (Ay sarayı) laboratoriyası Beyxan Texniki Universitetində yerləşir. “Ay sarayı” könüllülər üçün nəzərdə tutulmuş 42 kvadrat metrlik hissədən və bitki yetişdirilməsi üçün nəzərdə tutulmuş 2 ayrı moduldan ibarətdir. Laboratoriya Çində ilk, dünyada isə 3-cü belə araşdırma mərkəzi sayılır.

Beyxan Universitetində alimlər zərurət olduğu halda “Ayda həyatı təqlid etmək” layihəsini reallaşdırmağa çalışır. 365 gün davam edəcək təcrübənin 60 günlük ilk mərhələsində iştirak edən 4 könüllü bazar günü öz missiyasını başa vurub. 200 gün davam edəcək ikinci mərhələ baş tutduqdan sonra 105 günlük sonuncu mərhələ başlayacaq.

Alimlər bu təcrübə nəticəsində Ayda həyat fəaliyyətini qurmaq üçün ilk növbədə insanlara hansı zəruri komponentlərin lazım olduğunu öyrənməyə çalışır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Əsgər dostları türk şəhidin son görüntüsünü paylaşdı - VİDEO
06.06.2020
Türkiyədə erməni muzeyi açıldı - İlk dəfə
06.06.2020
Kaliforniyada polislərə boğucu üsulun təlimi dayandırıldı
06.06.2020
Kanadanın baş naziri öldürülən afroamerikalını diz çökərək yad etdi - FOTO
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır