Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid yeni tapıntılar

19:28  |    10 İyul 2017  |   E-mail  |  Çapa göndər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2017-ci ilin iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid, elmi dövriyyəyə “II Tovuzçay məzarlığı” adı ilə daxil olmuş abidədə arxeoloji qazıntılar aparmışdır.

E.ə. II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar magistral qaz kəmərinin genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri layihəsi çərçivəsində həyata keçirilir.

II Tovuzçay məzarlığında aparılan arxeoloji qazıntılar zamanı torpaq qəbirlərdə dəfn edilmiş insan skeletləri ilə yanaşı çoxsaylı saxsı qablar, silah nümunələri, yerli və Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları və s. aşkar edilmişdir. Ən maraqlı tapıntılardan kişiyə məxsus bir qəbirdə, skeletin bel hissəsində aşkar edilmiş tunc kəməri və onunla birgə dəmir xəncəri xüsusilə qeyd etmək lazımdır. Bu tapıntılar dəfn edilənin döyüşçü, yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Yanaşı aşkar edilmiş qadın qəbrində isə çoxsaylı bəzək əşyaları – müxtəlif minerallardan hazırlanmış muncuqlar, tuncdan hazırlanmış qolbaqlar və s. aşkar edilmişdir.



II Tovuzçay məzarlığında aparılan qazıntılar Azərbaycan xalqının qədim əcdadları olan Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin dəfn adətlərinin, dulusçuluq, metalişləmə və s. sənətkarlıq sahələrinin, uzaq ölkələrlə mədəni-iqtisadi əlaqələrinin tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi