Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azərbaycan öz məsuliyyətini dərk edir - Prezident

19:19  |    10 İyul 2017  |   E-mail  |  Çapa göndər

İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Neft və qaz sənayesinin ən böyük və nüfuzlu tədbiri olan Dünya Neft Konqresi üç ildən bir keçirilir. İstanbulda "Enerji gələcəyimizə körpülər" devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılıb.

Konqresin əsas təşkilatçısı olan Dünya Neft Şurası 1933-cü ildə yaradılıb. Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnoloji və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Yetmiş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.

***

Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı Türkiyənin bu gün dünya miqyasında böyük güc, dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malik olduğunu qeyd edib.

"Bütün bu uğurlar qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi altında əldə edilib. Bu gün Türkiyə sürətlə inkişaf edir, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə şərəfli bir yol keçib. Bugünkü toplantı da bunun təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, sevinir. Fürsətdən istifadə edərək, Türkiyə xalqına Azərbaycandan bacı və qardaşlarının salamlarını çatdırıram”, - deyə İlham Əliyev vurğulayıb.

***

Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələr bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürüb: “Ümid edirəm ki, biz yaxşı nəticələr göstəririk. Bu konqresdə neft və qaz məsələləri diqqət mərkəzindədir. Bir məsələyə də toxunmaq istəyirəm. Adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, bundan istifadə edə bilərdik. Amma neft fayda da gətirə, baş ağrısı da yarada bilər. Bu, neftdən necə istifadə edildiyinə baxır. Biz Azərbaycanda çalışırdıq ki, "qara qızılı" insan kapitalına çevirək. Hesab edirəm ki, buna nail olduq. Biz neftdən əldə edilən gəlirləri şəffaf şəkildə Neft Fondunda toplayırıq. Azərbaycan Dövlət Neft Fondu dünyada ən şəffaf neft fondlarından biridir, BMT-nin də mükafatına layiq görülüb. Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır. İkinci, neft gəlirləri düzgün istifadə olunmalıdır. Biz bu gəlirləri ilk növbədə infrastruktur layihələrə yönəltdik. Bu gün tikdirdiyimiz onlarla elektrik stansiyalarının istehsal etdiyi enerjini ixrac edirik.

Məktəb, xəstəxana tikintisinə diqqət yönəltdik, yoxsulluqla ciddi mübarizə apardıq.

Neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu və işsizliyi aşağı səviyyəyə - 5-6 faizə saldıq. Yəni, atılan addımlar nefti həm faydaya çevirə, həm də ölkələr neftin yaratdığı problemlərlə üzləşə bilər. Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə böyük həcmdə sərmayələr qoyulur. Biz də öz növbəmizdə xarici ölkələrə sərmayə qoyuruq. İlk növbədə Türkiyəyə, Türkiyənin enerji sektoruna 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm iki dəfə artacaq”.

Prezident İlham Əliyev nəzərə çatdırıb ki, bu gün enerji təhlükəsizliyi deyəndə Azərbaycanın icra etdiyi layihələr yada düşür: “Bir daha deyirəm ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini təmin etmir. Bunun bütövlükdə bölgənin gələcəyinə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik gətirir, yeni iş yerləri yaradılır, təhlükəsizlik tədbirlərini gücləndirilir, geniş əməkdaşlığa qapılar açılır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO