Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6940

Digər sorğular

Nazirlik əlilləri istirahət mərkəzinə göndərdi

18:21  |    10 İyul 2017  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib.

Cari ildə nazirlik tərəfindən artıq 965 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan daha 50 nəfər xüsusi nəqliyyat vasitəsi ilə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

Yola salınan əlilliyi olan şəxslər onların sosial-iqtisadi hüquq və azadlıqlarının təmin olunması, maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində ölkəmizdə aparılan dövlət siyasətindən razılıqla bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, habelə səfalı guşələrdə istirahət etmələrinə imkan yaradıldığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Həmin insanların yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə təmin olunması, onlara cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması sahəsində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, aparılan işlərin bir istiqaməti də əlilliyi olan şəxslərin hər il yaz-yay mövsümündə istirahətinin təşkil olunmasına yönəlib. Cari ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər aparılır.

Belə ki, nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub. Cari ilin yaz-yay mövüsümü başlanandan bəri onlardan artıq 965 nəfərin istirahətinin təşkil edilməsi təmin olunub. Həmin şəxslərin 400 nəfəri Xaçmaz (Nabran), 365 nəfəri Lənkəran, qalan hissəsi isə Quba rayonunda yerləşən istirahət mərkəzlərinə göndəriliblər.




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
190 manatın verilməsi ilə bağlı ƏHALİYƏ XƏBƏR
02.07.2020
Baş epidemioloqdan ilginc açıqlama: "Heç nədən də xəbərim yoxdur, kənddə oturmuşam" -SƏS YAZISI
02.07.2020
Azərbaycana idxal edilən tibbi maska və əlcəklər gömrük rüsumundan azad edilib
02.07.2020
Bu şəxslərə SMS icazə verilmir - Nazirlik
02.07.2020
CBC telekanalında 8 nəfər koronavirusa yoluxub