Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Məleykə Abbaszadə xəbərdarlıq etdi: “300-600 manat cərimə..“

16:45  |    10 İyul 2017  |   E-mail  |  Çapa göndər

“Dövlət qulluğuna qəbul üzrə müsahibələrdə iştirak edəcək müstəqil ekspertə ödəniş etmək üçün DİM-in pulu yoxdur və biz ancaq özümüzü maliyyələşdirə bilirik”.


Lent.az-ın məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, müsahibələrdə DİM nümayəndəsi, bir dövlət orqanı nümayəndəsi və müstəqil ekspert iştirak edir: “Hazırda vakansiyalar olan bəzi dövlət təşkilatlarından bizə müraciət daxil olub. Müraciətlər əsasında daxili müsahibələr aparılır. Baxaq görək ilkin nəticələr necə olacaq. Həmin ekspertlərin əməkhaqqını dövlət orqanı həyata keçirəcək”.

Dövlət qulluğuna qəbulda müsabiqənin test mərhələsindən uğurla keçən namizədə təqdim edilən sertifikasiyanın 5 il müddətdə qüvvədə qalmasına toxunan DİM sədri deyib ki, həmin sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək: “Bu qərar bizim tərəfəmizdən birmənalı qəbul olunmayıb. DİM-in təklifi o idi ki, bu müddət 2 il təyin edilsin. Çünki hər bir standart imtahan nəticəsi ən çox iki il qüvvədə olur. Təəssüf k, bizim təklif qəbul oilunmadı”.

M.Abbaszadə dövlət orqanlarında reyestr işini icra edən məsul şəxslərə də müraciət edib.

O bildirib ki, reyestrə məsul olan şəxslər başa düşməlidir ki, bu, çox ciddi prosesdir: “Dövlət qulluğu üzrə yaradılmış reyestrə məlumat daxil etməyən vəzifəli şəxslər 300-600 manat cərimələnəcək. Reyestrdə hər bir dövlət qurumundan məsul şəxslərin adları yer alır. Bu vaxta qədər 130 məsul şəxs dövlət qulluqçularının informasiya sistemində qeydiyyatdan keçib. Məsul şəxsləri müəyyən etməyən dövlət qurumlarına bu işi qısa zamanda həyata keçirməyi tövsiyə edirik. Bir daha xəbərdarlıq edirik ki, dövlət qulluqçuları barədə məlumatı reyestrə daxil etməyən vəzifəli şəxslər 300-600 mamat cərimə ediləcək. Bundan başqa, reyestrdə dövlət qulluqçuları ilə bağlı müəyyən səhvlər var və bunları aradan qaldırmağı tövsiyə edirik. Məsələn, bəzi qurumlarda qulluqçuların elektron bazada telefon nömrələri qeyd edilmir”.

M.Abbaszadə bildirib ki, bu cərimənin tətbiqindən sonra heç kim bu vəzifələrə gəlmək istəməyəcək : "Bizim məqsədimiz kimisə cərimələmək deyil. Məqsədimiz insanları işinə məsuliyyətlə yanaşmağa təşviq etməkdir. Bu iş heç də asan deyil. Bunun üçün təşkilatın maddi bazası da olmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO