Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

ATƏT PA azərbaycanlı deputatın qətnaməsini qəbul etdi

15:56  |    10 İyul 2017  |   E-mail  |  Çapa göndər

ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, müzakirədə çıxış edən T. Mirkişili multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin inkişafında rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün hər bir ölkədə qorunub inkişaf etdirilməsinin vacibliyini bildirib. Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğunu söyləyən və Bakı Humanitar Forumunun deklarasiyalarından bəhs edən deputat qəbul ediləcək qətnamə layihəsinin ATƏT regionunda qarşılıqlı etimadın yaradılmasına və bütövlükdə planetdə təhlükəsiz həyatın qorunmasına xidmət edəcəyini iştirakçıların diqqətinə çatdırıb. Çıxış edən deputatlar qətnamə layihəsinin vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu deyiblər.

Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layihəsi qəbul olunub.

Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa və təhlükəsizliyə töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində tətbiq etməyi nəzərdə tutur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO