Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Bulvarda yeniliklər

21:29  |    28 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Avropa Oyunlarında Dənizkənarı Bulvar ərazisində bir çox yeniliklər olacaq.

Bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bulvarda bütünlüklə Wi-Fi sistemi quraşdırılacaq. Qonaqlar və paytaxt sakinləri bulvar ərazisində 24 saat fasiləsiz sürətli internet xidmətində istifadə edə biləcəklər.

Bundan başqa, bulvar ərazisində gəmi gəzintisi çoxaldılacaq. Ərazidə 3 yerdə gəmi gəzintisi təşkil olunacaq. Bundan əlavə olaraq, Yaxt Klubda da dəniz gəzintisi təşkil olunacaq.

İdarə rəsmisi bildirib ki, bulvarda fəaliyyət göstərən kafe, restoran və ticarət obyektlərində POS-terminalların sayı artırılır. Onun sözlərinə görə, Bakı 2015 Avropa Oyunlarına qədər buvarda bütün əyləncə mərkəzləri, idman kompleksləri, kafe və restoranlarda POS-terminallar quraşdırılacaq.

Bundan əlavə, bulvara yeni gəzinti qatarları gətirilib.

İdarə rəsmisi bildirib ki, bulvar ərazisi genişlənəndən sonra qatar gəzintisi marşrutu da genişləndiriləcək: "İndi qatarlar ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək".

Qeyd edək ki, hazırda bulvarın ərazisi sahil boyu 6 km-dən artıqdır. Bulvar hər iki istiqamətdə genişləndikdən sonra isə onun uzunluğu ümumilikdə 15 km olacaq. Hazırda bulvarda tikinti işləri sürətlə aparılır. Planlaşdırılır ki, yarışlara qədər bir neçə kilometr də istifadəyə verilsin.

Qeyd edək ki, Dənizkənarı Milli Park ərazisinin Bayraq Meydanından 20-ci Sahəyə qədər, eləcə də Dəniz Vağzalından Nobel prospekti istiqamətində uzadılır. Hazırda burada son təmir-tikinti işləri aparılır. Burada oturacaqlar qoyulub, işıqlandırma sistemləri qurulur. Artıq İdman Sarayından Bayraq Meydanına qədər olan genişlənmiş 2 km ərazisi Bulvar İdarəsinə verilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, bu işlər may ayının axırına kimi tamamlanacaq. Köhnə bulvar ərazisində olan hər şərait təzə bulvarda da qurulacaq.

Nazim Məcidov bildirib ki, Avropa Oyunları zamanı bulvar ərazisində üç yerdə - Bakı İdman Sarayında, “Crystal Hall” İdman Konsert Kompleksi və Su Oyunları İdman Salonunda yarışlar keçirildiyinə görə, bulvara həmin dövrdə gələcək insanların, xüsusilə xarici qonaqların da sayı artacaq. Buna görə də idarə bu oyunlara xüsusi tədbirlər planı əsasında hazırlaşır.

Təhlükəsizlik baxımından isə bulvar ərazisi ideal yerdir: “Köhnə bulvar ərazisi tamamilə müşahidə kameraları ilə izlənir. Yeni bulvar ərazisinə də kameralar quraşdırılır. Bundan başqa, milli parkın mühafizəçilərinə xüsusi təlimlər keçirilir. Bulvar əməkdaşdaşlarına həmçinin xüsusi dil kursları da keçirilir. Demək olar ki, bütün əməkdaşlarımız ən azı bir xarici dil bilir. Əsasən ingilis, rus və Türk dilini bilirlər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi