Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

BDU-nun fəxri professoru vəfat edib

16:21  |    09 İyul 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Bayramov Əkbər Salman oğlu bu gün vəfat edib.

Qaziler.az xəbər verir ki, bu barədə Modern.az-a professorun nəvəsi, BDU-nun psixologiya elmləri üzrə doktoru Nigar Bayramova məlumat verib. Onun sözlərinə görə, Əkbər Bayramov təqribən bir saat bundan öncə dünyasını dəyişib. Səbəb isə yaş amili və son altı ayda professorun xəstəlikndən əziyyət çəkməsidir. Qeyd edək ki, Əkbər Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunda anadan olub. Əkbər Bayramov 1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləyib. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olub. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər Bayramovun xidməti əvəzsizdir. Allah rəhmət eləsin.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video