Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Berlində Ermənistana qarşı aksiya keçirildi

01:49  |    09 İyul 2017  |   E-mail  |  Çapa göndər

erlin Azərbaycan Evinin təşkilatçılığı ilə Berlin şəhərinin Branderburq qapıları meydanında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, aksiyada Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atmağı tələb edilib. Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan soydaşlarımız Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıblar. Aksiya iştirakçıları dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur. Piketin sonunda iştirakçılar adından dünya ictimaiyyətinə ünvanlanmış müraciət qəbul olunub. Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video