Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı - Müsabiqə ŞƏRTLƏRİ

23:51  |    08 İyul 2017  |   E-mail  |  Çapa göndər

2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər.



Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən Qaziler.az-a bildirilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün cari ilin məzunlarının buraxılış (əvvəlki illərin məzunları üçün 05 iyul qəbul imtahanı, I ixtisas qrup üçün 7 mayda keçirilmiş və 22 iyulda keçiriləcək qəbul imtahanı) imtahanında topladığı balları DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qeydiyyatdan keçdikdən sonra qabiliyyət imtahanlarında iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən “Memarlıq” və V qrup ixtisasları, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat iyulun 8-dən 18-dək aparılacaqdır.

Qeydiyyatdan keçən zaman abituriyentlər (40 və 77-ci komissiyalar üzrə 22 iyulda qəbul imtahanı verəcək abituriyentlər istisna olmaqla) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. 40 və 77-ci komissiyalar üzrə qeydiyyatdan keçib iyulun 22-də qəbul imtahanı verəcək abituriyentlər, “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra çap edə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının 2017-ci ildə nəşr edilmiş 2-ci sayında verilib.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən “Memarlıq” , V ixtisas qrupu (Bakı Musiqi Akademiyasının ixtisasları istisna olmaqla) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları 25 iyul-03 avqust tarixlərində keçiriləcək.

Bakı Musiqi Akademiyasının xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları 19-26 iyul tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində keçiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı