Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6655

Digər sorğular

Azərbaycanlılar Münhendə etiraz aksiyası keçirib

20:35  |    08 İyul 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz olaraq, Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiyadan öncə azərbaycanlı və türk icmasının nümayəndələri Münhenin mərkəzi məscidində afqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışına uyğun olaraq cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyası birgə təşkilatçılığı ilə şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılıb. Aksiyada çıxış edən münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar. Qeyd edək ki, aksiya Almaniyada nəşr olunan türkdilli qəzetlər tərəfindən də geniş işıqlandırılıb.
Aksiyanın sonunda Münhen şəhərinin azərbaycanlı və türk icması adında beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə son qiyulması üçün qəti tədbirlər görülməsi tələb edlib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağından narahatlıq ifadə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.01.2020
Zakir Həsənov Gürcüstana getdi
20.01.2020
Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib
20.01.2020
Ukraynalı deputat: "Bakıda törədilən qırğın Sovet imperiyasının iç üzünü açdı"
20.01.2020
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
20.01.2020
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB