Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Rəhim Qazıyev Arif Hacılını “vətən xaini” adlandırdı — ŞOK İTTİHAMLAR

18:08  |    08 İyul 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev Müsavat partiyasının başqanı Arif Hacılının onun haqqında dövlət çevrilişi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib.

R.Qazıyev “Ölkə.Az”-a müsahibəsində bildirib ki, Arif Hacılının fikirləri cəfəngiyyat və absurddur:

“Mən həmin videoda Arif Hacılının mənim haqqımda fikirlərini izlədim. Orada Arif Hacılı deyir ki, guya mən, Sürət Hüseynov və başqaları cinayət işlədib və günahkardır. Görün kim məni cinayətdə ittiham edir? Ay Arif, doğrudan da mən cinayət törətmişəmsə, bunu sübut et! Sonra Arif Hacılı deyir ki, 1991-ci ildə Milli Müdafiə Şurasının yaradılması səhv qərar idi və buna görə Millli Ordu quruculuğu 6 ay ləngiyib və sairə. Adam anlamır ki, Milli Müdafiə Şurası ilə Respublika Müdafiə Şurası ayrı-ayrı şeylərdir. Biz məcbur edəndən sonra həmin ilin oktyabr ayında Respublika Müdafiə Şurası yaradılıb. O vaxtı Müdafiə Nazirliyi hələ yeni yaranmışdı. Həmin Respublika Müdafiə Şurasının üzvləri isə mən, Etibar Məmmədov, Tahir Əliyev, Araz Əlizadə və 4 nəfər isə hakimiyyətdən adamlar təmsil olunurdu. Təsəvvür edin ki, o vaxta qədər rus hərbiçiləri heç bir əngəl olmadan gecə-gündüz Azərbaycanın hərbi əmlakını daşıyırdılar. Daşınması mümkün olmayan əmlakı və obyektləri də dağıdırdılar”.

R.Qazıyev keçmiş prezident Əbülfəz Elçibəyi devirmək planının olması barədə ittihamlara da cavab verib:

“Mənim devirməklə nə işim olardı? Əbülfəz Elçibəyi devirmək istəyən kişi deyil idi. Axı bu qədər yalan danışmaq olarmı? Mən nə üçün Elçibəyi devirməliydim? Bunlar iddia edir ki, guya Rəhim Qazıyev özünə alternativ ordu yaratmaq istəyirdi və sairə. Xeyr, bu doğru deyil. Mənim alternativ ordu yaratmaq fikrim olmayıb. Məqsədim Azərbaycandan aparılan hərbi əmlakın qarşısını almaq idi. Biz cəmi 2 ay 15 gün fəaliyyət göstərdik. İsa Qəmbər və digərləri 1992-ci ildə Ayaz Mütəllibovun başını bişirdilər, o da bu Şuranı ləğv etdi. Ancaq həmin 2 ay 15 gündə içərisi hərbi əmlaklarla dolu olan 130 qoşqulu maşının Azərbaycandan çıxarılmasının qarşısını almışıq. Bu əməliyyatda bizim iki qeyrətli balamız – Zakir Əhmədov və Elman Mürsəlov şəhid olublar. Ancaq Arif Hacılının bütün bunlardan xəbəri yoxdur. Ay Arif Hacılı, utanmadan necə belə danışırsan? Həmin vaxtı Arif Hacılı parlamentin deputatı idi. Həmin Şura yaradılanda da parlamentə müzakirə olunmuşdu. Bəs Arif Hacılı, nə üçün parlamentdə çıxıb sözünü demirdi?”.

Sabiq müdafiə naziri qeyd edib ki, Arif Hacılı vaxtilə etdiyi səhvləri bu gün boynuna almaq istəmir:
“Həmin Arif Hacılı deyirdi ki, biz hakimiyyətə 8 dövlətin razılığı ilə gəlmişik. Ancaq bu gün bunu boynuna almır. Bunlar ancaq Rəhim Qazıyevin ünvanına söyüş söymək və böhtan atmağı bilir”.

R.Qazıyev Arif Hacılını Qarabağ döyüşləri zamanı məxfi hərbi əməliyyata qarşı çıxmaqda da ittiham edib:

“Mən sizə Arif Hacılının Qarabağ döyüşləri zamanı etdiyi daha bir “xidməti” barədə da danışım. Deməli, 1992-ci ildə Qarabağda döyüşlər gedir, Qarabağın 52 faizini işğaldan azad etmişik, işlərimiz çox yaxşı davam edirdi. Tərtərdə Sərsəng su anbarı və digər strateji əraziləri ermənilərdən azad etmişik, Tərtər-Kəlbəcər yolunu təmizləmişik. Həmin ərəfədə mən Şəkinin icra başçısı olan Hüseyn Mustafabəyliyə zəng etdim ki, təcili rayondan 15-20 maşın eşşək toplayıb Qarabağa göndər. Çünki eşşək həm minadan yan keçə bilir, həm də onunla dağlıq ərazilərə səssiz və rahat şəkildə yük daşımaq daha asandır. Ancaq bir neçə gün vaxt keçdi, ancaq eşşəklər döyüş bölgəsinə göndərilmədi. Mən də yenidən Şəkinin icra başçısına zəng edib səbəbini soruşdum. O da mənə dedi ki, Arif Hacılı eşşək göndərməyə icazə vermir. Həmin vaxtı Arif Hacılı Prezident Aparatının Regional və Ərazi İdarəetmə Şöbəsinin rəhbəri işləyirdi. İcrab başçıları da ona tabe idilər. Bununla da Arif Hacılı bizə nə qədər ziyan vurmuşdu. Hərbi əməliyyatı pozmaq isə Vətən xaini kimi bir şeydir. Ay Arif Hacılı, sənin Rəhim Qazıyevdən xoşun gəlməyə bilər. Ancaq Vətən, torpaq, dövlət məsələsində sən, mən söhbəti olmamalı idi”.

Rəhim Qazıyev sözügedən hadisələrlə bağlı açıq müzakirələr aparılması üçün Arif Hacılını, İsa Qəmbəri, Pənah Hüseyni və Sülhəddin Əkbəri debata çağırıb:

“Mənim haqqımda bu cür ittihamlar səsləndirən və səhv mövqedə dayanan şəxslərin hamısını həm debata, həm də prokurorluğa çağırıram. Gəlin, hakim, prokuror qarşısında açıq debat aparaq, kim doğru, kim səhvdirsə, o da qanun qarşısında cavab versin. Razıyam ki, mən ora müttəhim kimi gəlim. Ancaq vicdanlı jurnalistlər də gəlsin, açıq müzakirələr aparılsın. Həqiqətin necə olduğunu hamı görüsün”.

Xatırladaq ki, Arif Hacılı jurnalist Əvəz Zeynallıya müsahibəsində Rəhim Qazıyev haqqında bir sıra ittiham səsləndirib:

“4 iyun qiyamının təşkilinə görə, Qraçov, Şerbak, Sürət Hüseynov, Ələkrəm Hümbətov, Rahim Qazıyev və başqaları günahkardır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
14.10.2019
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14.10.2019
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
14.10.2019
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycana gəlib
14.10.2019
XİN: Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır