Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Hamburqda Putinlə Ərdoğan arasında görüş olub

17:24  |    08 İyul 2017  |   E-mail  |  Çapa göndər


Hamburqda keçirilən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

APA-nın məlumatına görə, görüşdə V. Putin Suriya münaqişəsinin həllində Türkiyənin rolunu vurğulayaraq bu istiqamətdə ciddi irəliləyişlərin olduğunu bildirib.

O, həmçinin, qeyd edib ki, son illər iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişafı və qarşılıqlı maraq kəsb edən problemlərin həllində çox iş görülüb: “Biz Suriya ilə bağlı danışıqlar prosesində sizin və digər tərəfdaşlarımızın mövqeyini yüksək qiymətləndiririk”.

Öz növbəsində, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Rusiya əlaqələrinin inkişafı artıq bölgədə müsbət nəticələrini verib: “Həm iqtisadi, həm də turizm və müdafiə sənayesi sahəsində irəliləyişlər ikitərəfli əlaqələri daha da gücləndirəcək. Hər şeydən əvvəl isə Suriya və İraq məsələ ilə bağlı əlaqələrimizdən gözləntilər yüksəkdir”.

Daha sonra görüş mediaya qapalı olaraq davam etdirilib.

Görüşdə hər iki ölkənin xarici işlər nazirləri, digər nazir və hökumət təmsilçiləri iştirak edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub - FOTO