Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

“Məmurun balası, varlının oğlu hərbi xidmətə getmirsə…” – Veteran zabitimizin tövsiyəsi

03:31  |    08 İyul 2017  |   E-mail  |  Çapa göndər


“Bu, o demək deyil ki, biz də döyüşməməliyik, ruhdan düşməliyik”

“Hər hansı məmurun balası, varlının oğlu hərbi xidmətə getmirsə, döyüşdən yayınırsa, bu, o demək deyil ki, biz də döyüşməməliyik, ruhdan düşməliyik”.

Bunu Sherg.az-a məmur övladlarının cəbhə xəttində hərbi xidmət keçməməsi ilə bağlı sosial şəbəkələrdə müşahidə olunan narazılıqlara münasibət bildirərkən döyüş xidmətini yerinə yetirərkən sol gözü və sağ ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib. O bildirib ki, Azərbaycanı sevməyən, dövlətin əleyhinə addım atan insanlar var:

“Biz nə bilək ki, Azərbaycanın əleyhinə təbliğat aparanlar kimlərdir? Oğlunu əsgər göndərməyən, vətənə xidmətdən boyun qaçıran şəxslər özləri bilər. Lakin biz hər an döyüşə hazır olmalıyıq.

Belə fikirli gənclərlə xidmət illərində də rastlaşırdım . Bəzən əsgərlərin də deyimlərində olurdu ki, niyə filankəs döyüşmək istəmir, kasıb balaları döyüşür? Hər zaman başa salırdım ki, vətənə xidmət etməyənləri heç say, öz həyat yolunu tut ki, bu vətən mənimdir, bu torpaq üçün döyüşməyə hər zaman hazır olmalıyam, xalqım üçün canımdan keçməyə hazır olmalıyam.

Real danışaq, Azərbaycanda vətənə xidmət etmək istəməyən insan nə qədər ola bilər? Azərbaycan xalqı 10 milyona yaxındır. Qoy, bu xalqın 1 milyonu döyüşə getmək istəməsin, oğlunu xidmətə göndərməsin, boyun qaçırsın. Axı yerdə qalan insanlar daha çox olur. Biz çoxluğun fikrinə baxmalıyıq.

Məmur övladlarının döyüşə getməməyinin səbəb gətirilməsini bəhanə hesab edirəm. Vətən üçün döyüşməyə hazır olan insan heç kimə, heç nəyə fikir verməməlidir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Sabahın HAVA PROQNOZU
15.07.2020
Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət etdi
15.07.2020
“Milli Məclisin inzibati binasında dağıntılar törədilib” - Parlament rəsmisi
15.07.2020
Səid Dadaşbəyli azadlığa çıxdı
15.07.2020
Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlandı - RƏSMİ