Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Azərbaycanda 536 kriminal qrup zərərsizləşdirilib

22:49  |    07 İyul 2017  |   E-mail  |  Çapa göndər


Bu il Azərbaycanda 536 kriminal qrup zərərsizləşdirilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Məruzəçi bildirib ki, ötən 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 138 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitənin çıxarıldığı, bu əməllərə görə 34 cinayətkar qrupun zərərsizləşdirildiyi, 1302 şəxsin məsuliyyətə cəlb olunduğu, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolunun aşkarlanıb məhv edildiyi bildirilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin də ardıcıl davam etdirildiyi, nəticədə 2016-cı ilin birinci yarısı ilə müqayisədə 13 faiz çox, yaxud 105 insan alveri cinayətinin müəyyən edildiyi, 8 nəfərdən ibarət 4 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 15 nəfərin məhkəmə məsuliyyətinə verildiyi, habelə insan alverinin qurbanı olmuş 53 nəfərin cəmiyyətə reinteqrasiya olunduğu diqqətə çatdırılıb.

Nazirin birinci müavini daha sonra deyib ki, ötən ilin 6 ayı ilə müqayisədə hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərinin sayı 6 faiz, məhkəmələrə göndərilən işlərin sayı 7,4 faiz, təhqiqatçıların iş həcmi isə 13 faiz çox olub. Dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi isə 73 faiz təşkil edib.

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayülün ümumən qorunub saxlanıldğı vurğulanıb.

Bildirilib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə isə 1.615.372 protokol tərtib olunub. Bu əsasda qəbul edilən qərarlarla 1.568.336 nəfər cərimələnib, 1778 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 28.755 nəfərə xəbərdarlıq edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Qaz xətti zədələndi, 9 kənd qazsız qaldı
14.11.2019
Kərəm Həsənov qazilərin haqqını bərpa etdi - VİDEO
14.11.2019
Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14.11.2019
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14.11.2019
Şair Şamxal Rüstəm vəfat etdi (FOTO)