Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

AMEA-da mənzil qalmaqalı bitməyib - Növbəti AÇIQLAMA

20:47  |    07 İyul 2017  |   E-mail  |  Çapa göndər

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar Modern.az-a açıqlama verib.


Bildirib ki, AMEA ilə “Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzillər ayrılıb.

“Məlumat üçün bildirirəm ki, həmin yataqxana sakinlərindən 30-a yaxın vətəndaş 5 iyul 2017-ci il tarixdə qəbul edilmələri üçün AMEA-nın inzibati binasının qarşısına toplanmışdılar. Onların hər biri fərdi qaydada AMEA-nın rəhbərliyi tərəfindən qəbul edilmiş, diqqətlə dinlənilmiş, qaldırdıqları məsələlər və şikayətləri barədə onlara ətraflı izahatlar verilmişdir. Qəbula gələn həmin vətəndaşlar əsasən AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir. Mənzil məsələsinin kollektiv qaydada araşdırılması və ümumi qaydada həllinin mümkün olmadığı bir daha onların diqqətinə çatdırılmış və ərizə ilə fərdi qaydada mənzil komissiyasına müraciət etmələri məsləhət bilinmişdir.

Bir daha bildiririk ki, müraciətlərin hər biri diqqətlə araşdırılacaq və müraciət edənlərə müvafiq cavab veriləcəkdir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Bakıda ekspress avtobus xətlərinin iş qrafiki dəyişdirilib
08.07.2020
"ASAN xidmət"də yeni təyinat olub
08.07.2020
Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib - VİDEO
08.07.2020
Tramp pandemiya fonunda məktəblərin açılmasına çağırır
08.07.2020
Sumqayıtda evini qanunsuz şəkildə tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb - VİDEO