Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi ermənilərin son vəhşiliyi ilə bağlı bəyanat yaydı

03:07  |    07 İyul 2017  |   E-mail  |  Çapa göndər

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutulması nəticəsində kənd sakinləri 1 yaş 8 aylıq Quliyeva Zəhra Elnur qızı, 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilməsi və Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanması ilə bağlı bəyanat yayıb.

QAZİLER.AZ saytı həmin bəyanatı təqdim edir:

“2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə Alxanlı kənd sakinləri 1 yaş 8 aylıq Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilib, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Baş verən bu olay dinc Azərbaycan əhalisinə qarşı törədilən heç də ilk hadisə deyildir. Ermənistan hərbi birləşmələri tez-tez Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq atəşkəsi pozmaqda davam etməsi barədə xəbərlər Azərbaycanın rəsmi strukturları, ictimaiyyəti və bütövlükdə vətəndaş cəmiyyəti institutları tərəfindən haqlı olaraq çox sərt etirazla qarşılanıb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Ancaq bütün bunlara baxmayaraq, ermənilərin Azərbaycanın mülki əhaliyə qarşı təxribat cəhdləri, beynəlxalq qanunlara meydan oxuması və suveren respublikamıza qarşı təhdidləri bizi həddən artıq hiddətləndirir.

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi olaraq BMT Təhlükəsizlik Şurasını, o cümlədən digər beynəlxalq təşkilatları Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət yürüdən, uşaq qatili olan Ermənistan dövlətini törətdiyi cinayətlərə görə qınamağa, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonasına yaxın ərazilərdə azərbaycanlı dinc sakinləri - uşaqları, qadınları və qocaları amansızlıqla qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə qiymət verməyə çağırırıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub