Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Türkiyəli ehtiyatda olan zabitlər Şamaxıya səfər ediblər - FOTOLAR

23:25  |    06 İyul 2017  |   E-mail  |  Çapa göndər


Türkiyəli zabitlərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycan, Türkiyə və Rusiyanın ehtiyatda olan zabitlər birliyinin yaradılmasına hazırlıq məqsədi daşıyır

Türkiyənin Təqaüddə olan Zabitlər Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuşun və Türkiyə Müharibə Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehmet Şükrü Tandoğanın rəhbərliyi ilə Azərbaycana gələn veteran zabitlərdən ibarət 6 nəfərlik nümayəndə heyəti Şamaxıda olub. Səfər Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin və Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, türkiyəli veteran zabitlər əvvəlcə Acıdərədə 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə şəhid olan Osmanlı zabitinin qəbrini və Azərbaycana köməyə gələn və həlak olan 1130 qəhrəman türk əsgərinin şərəfinə ucaldılan abidəni ziyarət ediblər.

Şəhid zabitin məzarı önündə çıxış edən general-polkovnik Ərdoğan Karakuş deyib: “Azərbaycana qarşı hərbi təcavüz bitməyib, bu gün də davam edir. Körpə uşaqlara belə rəhm göstərilmir. Qoy, hər kəs bunu bir daha eşitsin: Türkiyə hər zaman Azərbaycanla birlikdədir, onun yanındadır!”

Sonra Ə.Karakuş və polkovnik Mehmet Şükrü jurnalistlərə müsahibə veriblər.

Səkkiz bölmədən ibarət S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq, burada Şamaxının tarixi ilə bağlı sənədli film türkiyəli qonaqlarda böyük təəssürat yaradıb.

Daha sonra qonaqlar 743-cü ildə inşa edilən, 1918-ci ildə ermənilər tərəfindən yandırılaraq dağıdılan Cümə Məscidində olublar. Bildirilib ki, o vaxt burada məscidə sığınan 1700 nəfər günahsız insan erməni quldur dəstəsi tərəfindən diri-diri yandırılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına məscid əsaslı təmir edilib, 2013-cü ilin martın 13-də açılışı olub.

Axşamüstü türkiyəli veteran zabitlər AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gəlib, buradakı elmi tədqiqatlar barədə maraqlanıblar.

Qeyd edək ki, ehtiyatda olan türkiyəli zabitlərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycan, Türkiyə və Rusiyanın ehtiyatda olan zabitlər birliyinin yaradılmasına hazırlıq məqsədi daşıyır. Üç ölkə arasında bağlanacaq memorandumun bu ilin payızında mərkəzi qərargah kimi təyin olunan Bakıda imzalanması planlaşdırılıb. Rusiyanın Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ordu generalı Viktor Yermakovun rəhbərliyi ilə nümayəndə heyəti də Azərbaycana səfər edəcək.

Üç ölkənin ehtiyatda olan zabitlər birliyinin yaradılmasında başlıca məqsəd dünyada müharibələrə, terrora, neofaşizmə qarşı çıxmaq və birlikdə mübarizə aparmaqdır. Bu birliyə daha sonra Belarusun, Orta Asiya və Şərqi Avropa ölkələrinin, o cümlədən İran və bir neçə İslam dövlətlərinin müvafiq təşkilatlarının da daxil olması gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
05.06.2020
Dolların iyunun 8-nə olan məzənnəsi açıqlanıb
05.06.2020
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
03.06.2020
Maska taxmayanların ödəyəcəyi cərimələr bura xərclənəcək
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi