Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6713

Digər sorğular

AYB-dən şəhidlərimizlə bağlı - BƏYANAT

20:35  |    06 İyul 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan xalqına və dövlətinə qarşı uzun zamandan bəri təcavüzkar mövqe nümayiş etdirən işğalçı Ermənistan və erməni quldurları bugünlərdə öz murdar əməllərinin növbəti qanlı səhifəsini yazdılar.

Son dərəcə azğınlaşan işğalçılar iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq dağıntılara və mülki əhali arasında insan tələfatına səbəb oldular. Onların bu qəddarlığı nəticəsində kənd sakinlərindən 50 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.

Kult.az xəbər verir ki, bu haqda Azərbaycan Yazıçılar Birliyinin bəyanatında qeyd olunub.

“Günahsız dinc adamların, xüsusən 2 yaşlı məsum körpənin vəhşicəsinə qətli dəhşətli cinayət, həm müharibə qayda-qanunlarına, həm də bütün bəşəri prinsiplərə zidd hərəkətdir. Bu hadisə təcavüzkar Ermənistanın, erməni terrorizminin heç bir sərhəd və norma tanımadığına, insanlığa qarşı hər cür inanılmaz zalımlığı törədə biləcəyinə daha bir sübutdur. Həmçinin, bu qanlı akt onu da göstərdi ki, Azərbaycan Ordusu qarşısında acizliyini anlayan işğalçı düşmən öz çirkin məqsədinə nail olmaq üçün təkrar-təkrar mülki əhalini hədəfə alır, yaşayış məntəqələrini amansızcasına atəşə tutmaqda tərəddüd etmir.

Azərbaycan Yazıçılar Birliyi işğalçı Ermənistanın və erməni hərbi canilərinin bu növbəti barbarlığını hiddətlə pisləyərək, düşmənə qarşı mübarizədə dövlətimizin rəhbərliyini və ordumuzu tam mənada dəstəklədiyini bəyan edir!

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi dünya dövlətlərini, beynəlxalq ictimaiyyəti bu qanlı hadisəyə dərhal ciddi münasibət bildirməyə, təcavüzkarın cilovlanması naminə təsirli addımlar atmağa çağırır!

Biz, işğala və hərbi təcavüzə məruz qalan Azərbaycanın yazıçı və şairləri olaraq, bütün dünyadakı qələm yoldaşlarımızı ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə, erməni təcavüzünə qarşı qəti etiraz nidalarını ucaltmağa səsləyirik”!, - bəyanatda bildirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Bakıda məskunlaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək
26.02.2020
Ev dustağı edilən icra başçısının xanım müavini barəsində sensasion iddialar
26.02.2020
Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26.02.2020
Prezident Xocalı abidəsini ziyarət edib
26.02.2020
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqləndi