Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

Ermənilərin öldürdüyü nənə və nəvə barəsində BƏYANNAMƏ YAYILDI

15:27  |    06 İyul 2017  |   E-mail  |  Çapa göndər

Milli QHT Forumunun Gender Mərkəzi və Azərbaycan Qeyri Hökumət Təşkilatlarının Milli Forumunun Uşaq Hüquqları üzrə Mərkəzin üzv uşaq təşkilatları iyulun 4-də Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı bəyanat yayıb.

Lent.az-ın məlumatına görə, Milli QHT Forumunun Gender Mərkəzi tərəfindən verilmiş bəyanatda bir sıra dövlətlərin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi, terroru özünün dövlət siyasətinə çevirmiş Ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaratdığı qeyd edilib.

Bəyanatda bildirilib ki, Füzuli rayonunun Alxanlı kənd sakinləri Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın isə ağır yaralanması tərkibində 42 qadın təşkilatını birləşdirən Gender Mərkəzinin bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olub: “Bir çox beynəlxalq təşkilatların bu münaqişəyə ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gün də Ermənistan 20-ci əsrin sonlarında Xocalıda törətdiyi soyqırımın davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrini dağıdan, bir çoxunu saxtalaşdıran, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparan, bütün beynəlxalq hüquq normalarını, konvensiyalarını pozan Ermənistana qarşı heç bir tədbirin görülməməsi Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin nümayişkəranə sübutudur.
Milli QHT Forumu Gender Mərkəzi, Quliyeva Sahibə və onun nəvəsi Quliyeva Zəhranın faciəvi surətdə həlak olması münasibətilə şəhidlərimizin ailələrinə və bütün xalqımıza başsağlığı veririk”.

42 təşkilatı özündə birləşdirən Gender Mərkəzi yaydığı bəyanatla dünya birliyini bu ədalətsizliyə qarşı çıxmağa çağırıb: “ Ermənistanın təcavüzkar və işğalçı siyasəti, ikili standartlara, qaniçən, uşaq qatili olan bu dövlətin törətdiyi cinayətlərə göz yuman, dəstək verən, bu münaqişənin sülh yolu ilə həll olunmasını bəhanə gətirərək işğal altında olan torpaqlarımızda Ermənistanın möhkəmlənməsinə çalışan bütün dırnaqarası vasitəçilərə kəskin etirazımızı bildiririk”.


Azərbaycan Qeyri Hökumət Təşkilatlarının Milli Forumunun Uşağ Hüquqları üzrə Mərkəzin yaydığı bəyənnamədə isə bildirilib ki, Ermənistan dövlətinin bu çirkin hərəkət hüquqi aktları – Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasını, Birləşmiş millətlər təşkilatının “Ümumdünya İnsan Haqları Bəyənnaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Konvensiyanı, “Fövqaladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannəməsini kobud sürətdə pozur.

Bəyyanəmədə qeyd edilib ki, Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görüb: “Münaqişənin həll olunmasının prinsipial əsasını BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874, və 884 saylı qətnamələr təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur.
25 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetiriblər. Ermənistanın bu kimi genişmiqiyaslı təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə böyük zərbə vurur. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ümumilikdə isə,
hadisələr nəticəsində 33 uşaq erməni terrorunun qurbanı olub, onlardan on dördü həlak olmuş, on doqquzu isə yaralanıb.
Bu gün bir vətəndaş, o cümlədən, Azərbaycan qadınları da ölkə başçısının ədalətli mövqeyini dəstəkləyir. Bu, Azərbaycan xalqının birlik və bərabərliyinin təcəssümüdür.
Xalqımız bu münaqişənin beynəlxalq hüquqi norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir”.


Mərkəz bəyənnamə ilə beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin tələblərinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edib: “Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tam və qeyd şərtsiz çıxarılması təmin edilsin, Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin edilsin, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilsin, qoşunların təmas xətti boyunca məskunlaşan ərazilərdə sıx yaşayan azərbaycanlı əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınması dayandırılsın”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas