Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

Qafqaz Müsəlmanları İdarəsi erməni təxribatı ilə bağlı bəyanat yayıb

22:59  |    05 İyul 2017  |   E-mail  |  Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) erməni işğalçılarının bu il iyulun 4-də cəbhə xəttində yaratdıqları təxribat zamanı mülki əhalinin həlak olması ilə bağlı bəyanat yayıb.


"Report"a QMİ-dən daxil olan bəyanatda deyilir:
"İyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alıxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib.
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.
Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribat ilə erməni tərəfi növbəti dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verir.
Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyilə Azərbaycan və Ermənistan dini liderləri olaraq dəfələrlə sülhməramlı görüşlərimiz baş tutmuşdur. Erməni xalqının dini liderini dinc insanların – qadın və yaşyarımlıq uşagın qətlinə səbəb olan bu hadisə ilə bağlı həmin görüşlərin nəticələrinə dair imzaladığımız Birgə Bəyannamələrin ruhuna uyğun olaraq qətiyyətli mövqe bildirməyə çağırırıq. Bu, Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdur. Belə ki, bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir.
Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırırıq. Ümidvarıq ki, dünyanın nüfuzlu dini liderlərinin mövqeləri bu kimi halların qarşısının alınmasına, ədalətli sülhün bərqərarına xidmət edəcəkdir, inşallah."
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas