Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

Beynəlxalq Avrasiya Mətbuat Fondu Alxanlıda baş vermiş hadisəni vandalizm hesab edir

20:26  |    05 İyul 2017  |   E-mail  |  Çapa göndər

Erməni silahlı birləşmələrinin 04 İyul tarixində mülki şəxslərin yaşadığı Füzuli rayonunun Alxanlı kəndi ərazilərini iri çaplı silahlarla hədəfə alması əsl vandalizm aktıdır. Dinc və günahsız insanların öldürülməsi, kəndlərin atəşə məruz qoyulması sülh və danışıqlar prosesinin davam etdirilməsi üçün ciddi təhdiddir və davamlı sülhə təhlükədir.

ATƏT-in monitorinq qrupunun qoşunların təmas xəttinə səfəri ərəfəsində baş verən insident nəticəsində biri azyaşlı uşaq olmaqla, 2 nəfər kənd sakininin öldürülməsi və bir neçəsinin yaralanması Ermənistan hakimiyyətinin beynəlxalq hüququn prinsiplərinə, qəbul edilmiş beynəlxalq normalara, bütün növ anlaşmalara və ümumiyyətlə insanlığa qarşı zorakı münasibətidir. Məcburi köçkünlərin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə köçürülməsi ərəfəsində törədilmiş bu cinayət xarakterli əməl Ermənistanın işğal altındakı ərazilərdən Avropa ilə Asiyanı birləşdirən bu regionun gələcək dayanıqlı sosial-iqtisadi inkişafı, transmilli layihələrin gerçəkləşməsi, insanların öz doğma yurd-yuvalarına qayıtmasına, sülhə və sabitliyə təhdid olaraq istifadəsini kəskin şəkildə pisləyirik.

Alxanlı kəndində törədilən qanlı cinayətdə əli olan, işğal faktorunu dünyanın gözü qarşısında davam etdirən Ermənistanın cin​a​yətkar hakimiyyətin​ə beynəlxalq qurumlar tərəfindən, ATƏT-in Minsk qrupuna üzv ölkələr tərəfindən ​ciddi təzyiq göstərilməsi və işğal altında olan ər​a​zilərin BMT-nin qəbul etdiyi qətnamələr əsasında azad olunmasını tələb edirik.

B​AMF-ın mətbuat xidməti ​
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas