Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Türkiyənin ehtiyatda olan hərbçiləri Bakıda - FOTOLAR

15:34  |    05 İyul 2017  |   E-mail  |  Çapa göndər

Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfər ediblər.

Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində türkiyəli hərbçilər Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov ilə görüşüblər. Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Qarabağ müharibəsi zamanı əlil olmuş vətəndaşlarımızın qardaş Türkiyə Respublikasında müalicə olunmaları, onlara yaxından göstərilən qayğı və dəstəyə görə türkiyəli qonaqlara təşəkkür edilib.
Sonda hər iki təşkilatın sədri Azərbaycan Respublikasında səfərdə olmalarından məmnunluq hissi keçirdiklərini bildirib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə minnətdarlıq ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov da dünən Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub