Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Ermənilərə yeni silahlar verildi

17:15  |    28 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Rusiya pilotları Rostovdakı hərbi aerodromda əsaslı təmirdən və müasirləşdirmədən sonra yeni silahlarla təchiz olunmuş döyüş vertolyotlarını Ermənistandakı Erebuni hərbi hava bazasına gətiriblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, hərbi təyyarə bazasının mühəndis-aviasiya xidmətinin mütəxəssisləri 14 ədəd Mi-8MT, Mi-8SMT və Mi-24P nəqliyyat-döyüş vertolyotunu aviasiya birləşməsinin tərkibinə qəbul edib. Vertolyotlara əsaslı təmir və müasirləşdirmə zamanı yeni mühərriklər, idarə sistemləri qoyulub. Bununla da müxtəlif meteoroloji şərtlər vaxtı dağlıq ərazilərdə vertolyotların hərəkətini sadələşdirəcək. Vertolyotların xarici və daxili işıq texnikası və avadanlığı da müasirləşdirilib.

Erebuni aviasiya bazasının hərbi qulluqçuları tərəfindən yeni vertolyotları yay rejiminə keçirməklə bu ilin mayından istifadə etməyi planlaşdırılır.

Ekspertlərin fikrincə, Rusiyanın Ermənistandakı hərbi hava bazasına belə müasir döyüş vertolyotları gətirməklə bölgədə vəziyyəti nəzarətdə saxlamağa çalışır. Prezident Vladimir Putinin bu addımını həm Qərbə, həm də regional dövlətlərə mesaj kimi də qiymətləndirmək mümkündür. Çünki sanksiyalarla üzləşən Rusiyanın hərbi güc nümayiş etdirməkdən başqa çarəsi qalmayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Türk qoşunları Suriyada irəliləməyə davam edir
21.11.2019
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib
21.11.2019
Çavuşoğlu-Pompeo görüşü ilə bağlı ilk açıqlamalar
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək