Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7006

Digər sorğular

Gənclər hərbi xidmətə yola salınıblar

23:14  |    04 İyul 2017  |   E-mail  |  Çapa göndər


Bu gün Zəngilan rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.


"Report" Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, mərasimdə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ramiz Həsənov hərbi xidmətə yola düşən gənclərə qalib əsgər kim doğmalarının yanına qayıtmağı arzulayıb.
General-mayor Novruzəli Orucov vətəni qorumaq kimi müqəddəs bir vəzifəni icra edəcək gəncləri təbrik edib. O, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini bildirib.
Daha sonra çıxış edən müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə müvəffəqiyyətlər arzulayıblar.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Zəngilan rayonunun özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.08.2020
Azərbaycanda koronavirusa yoluxanların bugünlük STATİSTİKASI
13.08.2020
Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - FOTO
13.08.2020
Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək
13.08.2020
Avqustun bu tarixindən havalar sərin keçəcək
13.08.2020
Baş nazirdən tapşırıq: Bu şəxslərin işləməsi qadağan edildi