Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

Halal olmaz anamızın südü...

16:31  |    28 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Hərdən oturub düşünəsən ki, axı bu xalqın, bu millətin, hər kəsin ümidi bizə - gənclərədir. Gələcəyi bizlər xilas etməliyik, istər siyasi, istər də ictimai - mədəni məsələ olsun, fərqi yoxdur, bunu biz düzəltməliyik. İnam bizədir. Bəs biz nə işlə məşğul oluruq?!

Yalnız bir şey maraqlıdır mənə ölkə çayxanalarda, “voravskoy” söhbətlərdəmi, şəhərə çıxıb ondan - bundan 20 qəpik “pabratiski” istəməkləmi xilas olunacaq?! Axı biz bu deyilik! Hanı RƏSULZADƏNİN Vətən, Torpaq əmanət edib getdiyi gənclik? Sıradan bir gənc ali məktəbə sənəd verir qəbul olsa da...Dörd il nə düz əməlli dərsə gir, nə imtahana, amma gözəl qiymətlərlə bitir universiteti! Axı bu necə ola bilər?

Universiteti bitirir, bu səfərdə əsgərlikdən qaçır, soruşanda da deyir ki “yaxçı” oğlan əsgər getməz! Bu nə düşüncədir? Mən uşaq ikən əsgərliyə getməyənə, sözün əsl mənasında, pis baxırdılar indi, deyəsən, fələyin çərxi həqiqətən tərsinə fırlanır..!

Gündən günə mentalitetimiz erroziyaya uğrayır. Elmi ilə, savadı ilə mərifəti ilə, Vətən sevgisiylə yetişməli gənclik yerinə, siqaretiylə, spirtli içkisiylə, qumarıyla, təsbehiylə yetişir! Bax beləcə sonumuz yetişir...

Ölkədə məscidə, kitabxanaya təhsil müəssisələrinə olan tələbat təkcə çayxanalara olan tələbatın yarısı qədər deyil. Çox güman ki, bir azdan bayrağımızda olan simvolik rənglərdə özünü “voravskoy” mənalı rənglərlə əvəz edəcək.

Gəncliyi məhv edən bir ünsürdə sosial şəbəkələrdir. Əslində sosial şəbəkələr, informasiya əldə etmək, yaymaq və bütövlükdə maariflənmək üçün əlverişli yerdir. Amma biz bundan da düzgün istifadə etmirik. Orda dava edib insan öldürəndə bizik, boş yerə sabaha qədər millətin əsəbini korlayanda bizik. Hətta arada bir Xankəndini Şuşanı Cəbrayılı Laçını da işğaldan azad edirik. Hələ bir monitor arxası pələnglər də var ki, onlardan danışmasaq daha gözəldir. Yazdıqları yazılarla, reallıqda olduqları arasında dağlar qədər fərq olur. Onlar real həyatda qarşına çıxanda bilmirsən güləsən, ya üzüləsən...

Bunlarla yanaşı Vətəninin, Xalqının, Ölkəsinin adını daim ucaldan gənçlərimiz də var. O gənclər ki, Ermənistanda Azərbaycan himnini səsləndirib, o gənclər ki, sərhədi keçib düşmənə qan uddurub, o gənclər ki, düşmən əlinə keçməsinlər deyə özlərini partladıblar...

Şükürlər olsun ki, az da olsa, belə də gənclərimiz var. Bizlər hər şeyə laqeyd ola bilərik, amma söhbət Vətəndirsə, əlimizdən gələndən də artığını etməliyik Vətənimiz naminə. Unutmayaq, yaxşı və ya pis insan ola bilərik, gündəlik həyatımızda cəmiyyət tərəfindən sevilib və ya sevilməyə bilərik! Amma bu Xalq, bu Millət, bu Vətən üçün pis bir iş görsək, halal olmaz Anamızın südü!..

Mərdan ORUCOĞLU

Giresun Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi,
Uluslararası İlişkiler Bölümü

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı
12.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
12.11.2019
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
09.11.2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas
09.11.2019
Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO