Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Türkmənistanın ilk kosmik peyki orbitə çıxarılıb

15:32  |    28 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Bazar ertəsi ABŞ-ın “SpaceX” şirkəti tərəfindən kosmosa buraxılan Türkmənistanın ilk telekommunikasiya peyki uğurla geostasionar orbitə çıxarılıb. Bu barədə “SpaceX” rəhbəri Elon Mask deyib.

QAZİLER.AZ saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla bildirir ki, çəkisi 4,5 ton təşkil edən aparat 52º şərq uzunluğu orbital mövqeyində, Yer kürəsindən 35786 km hündürlükdə yerləşəcək. Peykin nəzərdə tutulan istismar müddəti 15 ildir.

Start ABŞ Hərbi Hava Qüvvələrinin Kanavarel kosmodromu yaxınlığında yerləşən bazasından “Falcon 9” raketdaşıyıcısı vasitəsilə həyata keçirilib.

Bildirilir ki, aparat Türkmənistanın ilk rabitə peyki olacaq. Hazırda ölkəyə Rusiyanın “Yamal” peyki xidmət göstərir.

Peykin buraxılışı bir neçə dəfə təxirə salınıb. Əvvəlcə buraxılış martın 21-nə planlaşdırılsa da, raketdaşıyıcısının mühərrikinin sınaqlarını keçirməyə imkan verməyən texniki problemlər səbəbindən ertələnib. Axırıncı dəfə peykin orbitə çıxarılması martın 30-na nəzərdə tutulub, lakin start yenidən təxirə salınıb.

2009-cu ildə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov internet və televiziyanın inkişafına impuls vermək məqsədilə milli kosmik rabitə peyki yaratmaq barədə qərarın qəbul edilməsin bəyan edib. 2011-ci ildə Fransanın “Thales Alenia Space” şirkəti “Spacebus 4000” platforması əsasında aparatı layihələndirməyə başlayıb.

“Thales” və “SpaceX” şirkətləri ilə imzalanan sazişə əsasən, “TurkmenAlem” "Falcon 9” ikipilləli raketdaşıyıcısı vasitəsilə daimi geostasionar orbitə çıxarılacaq. İstismar müddəti 15 il təşkil edən peykin göyərtə aparaturası yerüstü radiostansiyaların siqnallarını qəbul edə, onları gücləndirə və yenidən digər yerüstü radiostansiyalara yayımlaya biləcək. Peyk Türkmənistan, Orta Asiya ölkələrini, İran, Türkiyə, Şimali Afrika və Avropanın böyük hissəsini yayımla təmin edəcək, - “TASS” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19.11.2019
Sarkisyan Aprel döyüşlərinə görə sorğu-sual ediləcək