Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

Vüqar Səfərli: “Mənzil üçün sənəd verən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar üzə çıxıb“

15:17  |    30 İyun 2017  |   E-mail  |  Çapa göndər

"Jurnalistlərə mənzillərin verilməsi üçün təqdim olunan sənədlərdə əmək kitabçalarına baxarkən şübhəli məqamlar ortaya çıxır".


QAZİLƏR.AZ "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə "Azərbaycanda jurnalist təşkilatlarının durumu və gələcək inkişaf meyilləri" mövzusunda keçirilən tədbirdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, fond bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dəqiqləşdirmə aparır: "Sovet dövründə monolit həmkarlar təşkilatları var idi, amma sonradan zəiflədi. Jurnalistlərin əksəriyyəti Həmkarlar Təşkilatının üzvü deyillər. Bu, çox vacib təşkilatdır. Hər bir təşkilatın Həmkarlar İttifaqı qarşısında öhdəliyi var.
90 faiz redaksiyalarda mühasibatlıq yox idi. Biz qurum olaraq bunun yaradılmasına çalışırıq. İşçilərlə müqavilə bağlanmırdı. Onlar maaşı paketlə alırdı, qeydiyyata aldırmırdılar. Təəssüflər olsun ki, bu hallar yenə də var. Sizin əmək haqqınız az göstərilirsə, bu, sizə ziyandır. Bəzən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 22 faizlik ödəniş etməməkdən ötrü bu cür addımlar atılır. Adamlar var ki, 10 il işləyib, amma heç bir hüquqi prosedur həyata keçirilməyib, bu həm də cinayətdir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
29.05.2020
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
29.05.2020
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb
29.05.2020
Bu qadağalar hələ də qüvvədədir - SİYAHI