Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

SEVGİ GÜNÜ -30 İYUN

13:34  |    30 İyun 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanda Sevgi günüdür. Artıq neçə ildir 20 yanvar şəhidləri İlhamla Fəriznin toy günləri – 30 iyun Sevgi Günü kimi qeyd edilir.

Bu gün ONLARIN ən xoşbəxt günü idi - İlham və Fərizənin. 1989-cu ildə iyunun 30-da evlənmişdilər. Bir-birini o qədər ülvi məhəbbətlə sevirdilər ki, bir-birinini ayrılığına dözə bilmədilər. Qoşa qu quşları kimi bu dünyadan köçüb getdilər...

İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdu. Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olmuşdu. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.

1989-cu il iyunun 30-da toyları olmuşdu. Toyun səsi hələ qulaqlarından getməmişdi. Cəmi 6 ay vüsal şirinliyini dadmışdılar.

Qanlı 20 Yanvar gecəsində atışma eşidiləndə İlham da küçəyə çıxıb. Sonra qonşularla XI Qızıl Ordu meydanına gedib. Qoşunlar şəhərə girən vaxt, - saat 00.30 dəqiqədə yaralanıb. Respublika Klinik Xəstəxanasına aparılıb. Gecə saat 1-də cərrahiyyə əməliyyatı başlayıb. Xəstəxananın işığı keçirildiyindən kağız işığında, kibrit işığında əməliyyat aparılıb. Bundan sonra cəmisi 30 dəqiqə yaşayıb. Axırıncı sözü bu olub: — «Anama heç nə deməyin».

Fərizə isə gözləyirdi. Bir saat, iki saat, üç saat... Zülmət gecənin qaranlığına baxmaq əldən salmışdı onu.

Səhərə kimi ilan vuran yatmışdı, Fərizə yox.

O qanlı yanvar səhəri eşitdi bu xəbəri. Gözləri qaraldı. Evdəkilərin gözündən yayınıb üstünə neft tökdü. Son anda kibriti əlindən aldılar. Hər addımını izləməyə başladılar. Bir gün sonra yanvarın 21-də səhər erkən durub İlhamın böyük qardaşı Eldarın toppuş oğlu Əjdərin yatağına doğru gedib, uşağın yorğanını düzəldib. Bir xeyli beləcə durub Əjdərin təbəssüm dolu sifətinə baxıb.

Nə düşünüb görən bu an Fərizə... Öz bədbəxt taleyinimi, İlhamın faciəli ölümünümü... Yoxsa gələcək körpəsinimi...

Gözü yaşlı o biri otağa keçir. Toy şəkillərini stolun üstünə tökür. Baxır, baxır, sonra isə əl boyda bir kağız parçasına bu sözləri yazır: «Mən onsuz yaşaya bilmərəm. Siz məni...» Sözlər burada qırılır. Sonra isə ölüm stəkanını başına çəkir. Bu vaxt saatın əqrəbi 6-nın üstündə idi.

Bugünkü günümüzün Leyli sevgisini, Leyli sədaqətini, Leyli ucalığını görmək istəyənlər Şəhidlər Xiyabanına getsin. Bir qoşa məhəbbətin qoşa zirvəsi uyuyur o torpaqda.

Sevgi Gününüz mübarək!


QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
İki rayonda qaz olmayacaq
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək