Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Jurnalist Ədil Hüseynli barəsində yazılanlara münsibət bildirdi

23:15  |    29 İyun 2017  |   E-mail  |  Çapa göndər


Bizimxeber.az saytının baş redaktoruƏdil Hüseynli haqqında yazılan iddialara münasibət bildirib.

Musavat.com olaraq, KİV haqqında qanunun tələblərini və Ə. Hüseynli barədə yazını dərc etməyimizi nəzərə alaraq, onun da mövqeyinə yer veririk. (Yazının linki burada: Bu jurnalistlər ev ala bilməyəcək )

****

"Yazıda qeyd olunan fikirlər tamamilə yanlışdır. Əvvəla onu deyim ki, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevlə mənim heç bir qohumluq əlaqələrim yoxdur və heç vaxt da olmayıb. O Zəngilan rayonundandır, mən Neftçala rayonundan. Onu qəzetdə işləmək üçün müraciət etdiyim zaman tanımışam. O qəzetdə kifayət qədər tanınmış jurnalistlərin yazıları olub. İndi onların hamsına "reket" deyək?

Habil Vəliyevin rəhbəri olduğu qəzetdən 2009-ci ildə uzaqlaşmışam. Hətta çıxdıqdan sonra qəzetdə barəmdə yazı da yazdırıb. O gündən bu günə kimi Habil Vəliyevlə heç bir əlaqəm olmayıb. Barəmdə yazılanlar sadəcə cəfəng və uydurmadır.
Diğər tərəfdən yazıda qeyd olunur ki, mən "Gündəlik Bakı" qəzetinin məzunuyam. Dogrudan da gülüncdür. Məni tanıyanlar bilir ki, bu qəzetə qədər başqa mətbu orqanlarda işləmişəm.

Diğər tərəfdən yazıda qeyd olunur ki, guya mən Surxay Əliyevin ( “Bizim dövr” qəzeti) həyat məktəbində ustalıq dərsi almışam. Tam məsuliyyətimlə deyirəm ki, heç vaxt “Bizim dövr” qəzetində çalışmamışam və Surxay Əliyevin üzünü belə görməmişəm.

Daha bir maraqlı məqam isə mənim guya hansısa generallarla əlaqələrimin olmasıdır. Bu umumiyyətlə absurd məsələdir. Mənim həyatım boyu hansısa generalla əlaqələrim olmayıb. Əgər olsaydı bunu etiraf etməkdən çəkinməzdim.

Villa və imarətlərimin olmasına da aydınlıq gətirim. Bu məlumatları verən adamlar “Səs” İnformasiya Agentliyini istəməyən şəxslərdir. Yalan məlumat veriblər. Gərək həmkarlarım bunu mənim özümdən soruşaydılar. Kim istəyirsə gedək yaşadığım mənzili və şəraitini göstərim. Təki villam və imarətlərim olaydı. Bunu danmazdım heç vaxt.

Sonda həmkarlarıma bir daha demək istəyirəm ki, bu qədər böhtan və yalan yazmaq sadəcə ayıbdır. Mənim rəhbəri olduğum saytda yazdığım köşə yazısı özümə məxsusdur və oradakılar mənim şəxsi fikirlərimdir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
İki rayonda qaz olmayacaq
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək