Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Müzəffər Məzahim-60

21:22  |    29 İyun 2017  |   E-mail  |  Çapa göndər

Müzəffər Məzahim - gözəl şair, mədəniyyəti, saf duyğuları ilə qəlblərə yol tapan böyük İNSAN. Mən hələ uşaq ikən Müzəffər müəllimin şeirlərini oxuyurdum. Necə saflıq, incə duyğular vardı bu şeirlərdə...

Müzəffər Məzahimi hələ orta məktəbin yuxarı sinfində oxuyanda tanımışam. Rayonumuzda nəşr olunan “Gündoğar“ qəzetinə yazılar apardığım zamanlardan...

O vaxt utandığımdan onunla çox həmsöhbət ola bilmədim. Amma şeirlərindən bilirdim necə incə qəlbə malik insandır. Həm də çox sadə, daxili aləmi zəngin, savadlı olduğu qədər alicənab və təvazökar. Bəli, məhz təvazökar.

Moskvada M.Qorki adına Ədəbiyyat İnistutuna öz gücünə daxil olub oranı müvəffəqiyyətlə bitirmək hər adama nəsib olan səadət deyildi. Müzəffər müəllim bu uğura imza atanlardandır.

İyulun 1-də 60 yaşı tamam olur Müzəffər müəllimin. Adamın heç inanmağı da gəlmir. İllər necə sürətlə keçdisə... Yubileyi ərəfəsində yeni bir "Bu qərib dünyada" adlı kitabı da işıq üzü görüb şairin...Davamı gəlsin.

Səmimi təbriklərimi qəbul edin, Müzəffər Məzahim. Sizə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram. Siz bizim rayonumuzun fəxrisiniz.

TANITIM:


Gözəlov Müzəffər Məzahim oğlu - 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olub.

1987-1993-cü illərdə Moskva M.Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsində təhsil alıb. Şeirləri müxtəlif dövrü mətbuatda dərc olunub. “Azərbaycan gəncləri, “Bakı axşam ,, , “ Sovet kəndi ,,, “Bərəkət ,,, “Qala,, və s. qəzetlərdə, “Azərbaycan ,, “ Ulduz ,, “ Qobustan ,,“ Təşviqatçı ,, “ Dialoq ,, “ Göyərçin ,, və s . jurnallarda dəfələrlə dərc olunub.

“Görüşünə gəlmişəm “, “ Ata ocağı”, “Gələn baharadək” şeirlər kitabları çapdan çıxıb. “Bilgə xaqan” tarixi draması çapa hazırlanır. 1982-ci ildən “Xəzər nəğmələri” ədəbi birliyinin üzvüdür. Elə həmin ildən o dövrdə fəaliyyət göstərən Respublika gənc yazıçıların ədəbi birliyinin üzvü olmuşdur. Hal-hazırda Nefçala rayonunun Qədimkənd kəndində yaşayır.


Sevda Elay ƏSGƏROVA
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur? (SİYAHI)
20.11.2019
Müharibə veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20.11.2019
Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib- SİYAHI
20.11.2019
 Mikayıl Cabbarova daha bir vəzifə verildi - Video
20.11.2019
Şəhid ailələri və Qarabağ əlillərinə daha 50 mənzil verildi