Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

YUNUS OĞUZDAN 30 İyun- Sevgililər gününə

20:08  |    29 İyun 2017  |   E-mail  |  Çapa göndər

Biz bu tarixi niyə sədaqət günü kimi qeyd edə bilmirik?

Doğurdan niyə qeyd edə bilmirik?

Sağ olsunlar İlham Tumas və Rey Kərimoğlu! Bizləri bir yerə topladılar. Çoxdan görmədiyimiz insanlarla görüşdük, dərdlərimizi bölüşdük, bu günün problemindən danışdıq. Tədbirdə qırx-əlli nəfər iştirak edirdi. Əksəriyyəti də tanınmış millət vəkilləri, yazıçılar, şairlər, qazilər, onların həyat yoldaşları, ailələri.

20 yanvar 1990-ci ildə biri şəhid olmuş, digəri isə özünü şəhid etmiş İlhamla Fərizənin ruhlarının işığına yığışmışdıq.

Tədbiri də sənətinə və şəxsiyyətinə çox hörmət etdiyim Şəmistan Əlizamanlı aparırdı.

Həmişə demişəm 20 yanvarda şəhid olmuş insanlar xüsusi statusa malik olmalıdırlar, çünki onlar müstəqilliyimizin ilk qaranquşları idilər. Müstəqil Azərbaycan uğrunda mübarizə aparırdılar. Xalqımızın müstəqil və bütöv olmalarını onlar bizə daddırdılar. Müstəqil əzmimiz, həvəsimiz daha da artdı. Azərbaycanda çox az adam tapılardı ki, o zaman rus əsgərinə, Moskvaya nifrətlə baxmasın.

Bunun nəticəsi o oldu ki, toparlandıq, müstəqil olduq. Düzdür arada bir boşluq oldu, Xocalı soyqırımı baş verdi, 20 faiz torpaqlarımızı itirdik, amma, son nəticədə bölgənin ən güclü ordusunu yarada bildik, ən müasir silahlarla təchiz olunduq. Elə qısamüddətli aprel döyüşləri də xalqın bir yumruq kimi birləşməsini ortalığa qoydu. Deməli heç nədən güclü bir ordu yarada bilirik, bir yumruq kimi birləşə bilirik, amma 30 iyun sevgililər gününü keçirə bilmirik? Buna inanmıram.

Bu gün bizə vacib olan, dövlətimizin təməli olan ailələrin sədaqət gününü keçirə bilmirik? Bu şəhidlərin (İlham və Fərizə nəzərdə tutulur.) sədaqət andları bizə örnək ola bilməzmi? Statistikaya görə bu il beş min ailə boşanıb. Bu o deməkdir ki, beş min qadın başsız qalıb, beş min kişi isə yavrusunu, xanımını yanında görə bilməyəcək. Bu faciə deyilmi? Vaxtında bu ailələr sədaqət andı içsəydilər, İlham və Fərizə kimi bir-birlərinə ehtiram və sevgi göstərsəydilər, ən azı onlara hər oturanda, duranda örnək kimi baxsaydılar, bu ailələrin heç olmazsa yarısı dağılmazdı. Özümüzün milli sevgililər günü buna görə lazımdı. Bəlkə bizə, bu günə hər il 14 fevralda keçirilən Valentina günü mane olur? Müəyyən möhtəkirlər, xırım-xırda alverçilər, gül satanların həmən günü işləri bərk gedir, qaz vurub qazan doldururlar. Belədirsə əhsən bizlərə!

Biz deyirik ki, 30 iyunda heç bir sevgili xırda əşyaları almaqla başdansovdu sevgisini izhar edə bilməsin. Ən yaxşısı sədaqət andı içsin. Xırda şeylər də almasınlar. Sədaqət andından başqa bir söz də deməsinlər. Necə ki, bunu İlham və Fərizə etdi. Doğurdanmı bunu etməyi bacarmayacağıq? Niyə?

Nə mane olacaq bizə?

İndi yavaş-yavaş gənclərimiz neçə illərdir evlənəndə bu şəhidlərin məzarı üstə gedir, onlara baş çəkir, qəbirləri üstünə əklil qoyurlar, ancaq bu kütləvi hal almayıb. Gərəkdir alsın. Ailələrimizin dağılmasını istəmiriksə, gərək olsun. İndinin özündə də nə qədər şəhidlərimiz var ki, xanımları sədaqət andından keçiblər, dəmir başmaqlarını geyinib şəhidlərimizi, qəhrəmanlarımızı təbliğ edirlər, onların torpağı necə sevdiklərindən bəhs edirlər. Bu elə torpağına, dövlətinə, millətinə, ailəsinə sədaqət andı deyil, bəs nədir?

Həm Moskvada, həm də Bakıda və başqa şəhərlərdə hər il 9 mayda Böyük Vətən müharibəsi iştirakçıları üçün rəsmi görüşlər keçirilir, ziyafət verilir. O müharibədən 72 il keçib, amma heç kim unudulmur, heç kim yaddan çıxmır, dirisi də, ölüsü də.

Biz hələ Qarabağı almamışıq. Müharibə davam edir. Müharibə olan yerdə şəhid də olacaq, qazi də.

Tədbirin sonunda Şəmistan Əlizamanlı gözəl bir fikir söylədi: "30 iyun sevgililər günü sədaqət andı içmək sevgilimizə, ailəmizə ən gözəl hədiyyədir".

Gözəl sözlərdir.

İlhamla Fərizəni unutmayaq.


Atma atılarsan! Satma satılarsan! Unutma unudularsan!

Yunus Oğuz
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO
21.11.2019
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
21.11.2019
Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb