Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

ADU-da “Azərbaycan və Çinin qabaqcıl gəncləri” adlı tədbir keçirilib

21:50  |    29 İyun 2017  |   E-mail  |  Çapa göndər

İyunun 29-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının yaranması gününə həsr olunan “Azərbaycan və Çinin qabaqcıl gəncləri” adlı tədbir keçirilib.

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin Kommunist Partiyasının rəhbərlik etdiyi, qabaqcıl gənclərin kütləvi təşkilatı olan Çin Gənclər İttifaqının fəaliyyəti haqqında danışıb. O, Çin gənclərinin Çin millətinin möhtəşəm dirçəlişi üçün “Çin arzuları”nın həyata keçməsinə, zəngin, qüdrətli, sivil və müasir dövlətin yaranmasına layiqli töhfələr verdiklərini xüsusi vurğulayıb.

Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jinhua cəmiyyətin ideologiyasının gənclərin tərbiyə və təhsilinə təsirinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Çin dilinin öyrənilməsinin “Çin arzuları”nın başa düşülməsinə kömək etdiyini söyləyib.

Tədbir çərçivəsində Xuçjou Universiteti tərəfindən Çində təşkil olunan yay düşərgəsində iştirak edəcək Konfutsi İnstitutunun Çin dili kurslarının dinləyicilərinə diplomlar təqdim olunub. Düşərgənin proqramına Çin dilinin intensiv tədrisi, Çinin mədəniyyəti və tarixi üzrə mühazirələr kursu, həmçinin geniş mədəni tədbirlər daxil edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycanda 84 nəfər koronavirusa yoluxub
11.08.2020
Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
11.08.2020
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam
11.08.2020
Ceyhun Bayramov Ərdağanla görüşəcək
11.08.2020
Sabahın HAVA PROQNOZU