Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Azərbaycan məktəbliləri Beynəlxalq olimpiadada medallar qazanıblar

19:07  |    29 İyun 2017  |   E-mail  |  Çapa göndər

Bu il iyunun 24-dən 29-dək Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.


QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, olimpiadaya Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Azərbaycan, Fransa, Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri qatılıblar. Bu elm yarışında respublikamızı 6 şagird təmsil edib.

“İstək” liseyinin IX sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin IX sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov bürünc medallarına layiq görülüblər.

Qeyd edək ki, həmin şagirdlər Fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib