Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

“Bəzi məktəblərdə vəziyyət gərgindir“- Məhəbbət Vəliyeva

16:20  |    29 İyun 2017  |   E-mail  |  Çapa göndər

"Bu gün Bakıdakı məktəblərdə şagird sıxlığı problemi hələ də qalır. Bu da ərazidə əhali məskunlaşmasının sıxlığı ilə əlaqəlidir. Sentyabr ayına qədər 8 məktəbdə təmir işləri yekunlaşmalıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, 179 nömrəli məktəbdə şagird sıxlığı hələ də davam edir: "Eyni zamanda, həmin ərazidə iki il əvvəl istifadəyə verilən 182 nömrəli məktəbdə də şagird sıxlığı müşahidə olunur. Həmçinin, Binəqədi rayonu ərazisində yerləşən 205 nömrəli məktəbdə də analoji problem yaşanır".

İdarə müdiri qeyd edib ki, paytaxtdakı şagird sıxlığı müşahidə olunan məktəblər daim nəzarətdədir: "Bu məsələni Təhsil Nazirliyi qarşısında qaldırmışıq. Nazirlik də bununla bağlı müvafiq qurumlara müraciət edir. Güman edirəm ki, problem qısa müddət ərzində öz həllini tapacaq. Çünki sadalanan məktəblərdə vəziyyət həqiqətən də gərgindir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
11.08.2020
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam
11.08.2020
Ceyhun Bayramov Ərdağanla görüşəcək
11.08.2020
Sabahın HAVA PROQNOZU
11.08.2020
“Qarabağ” dayaq blokunun tikintisi başa çatıb - RƏSMİ