Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Məcburi köçkünlərin köçürüldüyü yeni şəhərcikdən - REPORTAJ - VİDEO

03:47  |    29 İyun 2017  |   E-mail  |  Çapa göndər


Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırilması, xüsusilə onlarin yeni mənzillərlə təmin edilməsi dövlətin daim diqqət mərkəzində olub. Dünən Abşeron rayonu Masazır qəsəbəsində yeni yaşayış kompleksinə bir neçə məcburi köçkün ailəsi köçürülüb. Əməkdaşlarımız köçürülən ailələrin yeni mənzillərində olub və onların vəziyyəti ilə maraqlanıblar.


Dünənə qədər baxımsız vəziyyətdə olan pansionatda yaşayırdılar. Amma bu gün həmin pansionatı tam təmir edilmiş, geniş və işıqlı otaqlar əvəz edir.
Xezerxeber.az məlumat verir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yaşayış kompleksindən ilk dəfə olaraq məcburi köçkün ailələrə yeni mənzillər verilib.
Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində bir neçə ailə bu binaya köçürülüb. Onlardan biri də Budaqovlar ailəsidir.
Yeni mənzillər bütün mebellər və məişət avadanlığı ilə təmin edilib.
Mənzillə təmin edilmiş Mirvari Budaqova deyir ki, Ramazan bayramında yeni mənzilə köçmək ailəsi üçün ikiqat bayram olub.
Mənzil almış digər bir məcburi köçkün Ulduzə Xocayevanın sözlərinə görə, 25 il yaşadıqları pasionat bərbad vəziyyətdə olub. İndiki şərait isə tam fərqlidir.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva mənzillərin verilməsi mərasimində iştirak edərək, dövlətin belə ailələrə bundan sonra da diqqət və qayğı göstərəcəyini bildirib. Bu siyasət isə məcburi köçkün ailələrində yeni ümidlər yaradır.
Yaxın müddətdə Xəzər rayonundakı pansionatda yaşayan digər ailələr də bu binaya köçürüləcək.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU