Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

“SOCAR Turkey” şirkətinə xarici əlaqələr üzrə rəhbər təyin edilib

19:00  |    28 İyun 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Turkey Enerji A.Ş.”yə xarici əlaqələr üzrə rəhbər təyin olunub.


QAZİLƏR.AZ “Report”-a istinadən xəbər verir ki, Murad LeCompte “SOCAR Turkey Enerji A.Ş.” və ona bağlı şirkətlərin korporativ əlaqələr, media əlaqələri, sosial məsuliyyət layihələri, müəssisədaxili əlaqələr və böhran idarəçiliyi məsələlərindən məsul olacaq.

Şirkətdən qeyd edilib ki, Türkiyədəki sərmayələrini qərarlılıqla davam etdirən “SOCAR Turkey” heyətini peşəkar şəxslərlə gücləndirməyə davam edir: “2020-ci ilə qədər neft emalı, neft-kimya, enerji, logistika, paylama və saxlama inteqrasiyasını tamamlayaraq bu sahədə Türkiyənin ən böyük istehsalat şirkəti olmağı hədəfləyən “SOCAR Turkey”in xarici əlaqələr üzrə rəhbəri vəzifəsini sektorun təcrübəli şəxslərindən biri olan Murad LeCompte həyata keçirəcək. Enerji və texnologiya sənayesində 27 ildən çox təcrübəsi olan M.LeCompte 1964-cü ildə İstanbulda doğulub. O, TED Ankara Kollecindən sonra Boğaziçi Universitetində turizm idarəçiliyi üzrə təhsil alıb, daha sonra Hyuston Universitetində idarəçilik üzrə təhsilini davam etdirib. Onun informasiya texnologiyaları sahəsində 16 ildən çox təcrübəsi var. “Intel Corporation’” şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. M.LeCompte 2006-cı ildən 2017-ci ilədək “BP Turkey”də əlaqələr və xarici əlaqələr üzrə rəhbər, sonra isə korporativ əlaqələr direktoru vəzifələrində çalışıb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib