Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Rumıniya - Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi qeyd olunub

15:00  |    28 İyun 2017  |   E-mail  |  Çapa göndər

İyunun 27-də Buxarestdə ölkəmizin Rumıniyadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü və Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.


Tədbirdə 500-dək qonaq, o cümlədən Rumıniya Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər və digər nazirliklərin nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, deputatlar, siyasi partiyaların təmsilçiləri, jurnalistlər, bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılar və s. iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov çıxış edərək 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa dövr ərzində keçdiyi inkişaf yolundan, siyasi, iqtisadi, mədəni, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlardan danışıb. Bildirilib ki, 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə zəngin dövlətçilik ənənələrini bərpa və inkişaf etdirib. Bu gün həmin siyasətin uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycan siyasi sabitliyə, dinamik iqtisadi inkişafa, praqmatik xarici siyasətə malik tolerant ölkə kimi tanınır. Vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, ölkəmizin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində sülh yolu ilə ədalətli əllinə mane olan işğalçı Ermənistan qeyri-konstruktiv siyasətini davam etdirir
2017-ci ildə, eyni zamanda, Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünün qeyd edildiyini vurğulayan diplomat ölkələrimiz arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini deyib və Azərbaycan üçün prinsipial məsələləri beynəlxalq miqyasda davamlı olaraq dəstəklədiyinə görə dost Rumıniyaya təşəkkürünü bildirib.

Sonra Respublika Günü münasibətilə Rumıniya dövləti adından təbrikin çatdırılması üçün Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Aleksandru Mikula çıxış edib. A.Mikula tərəflər arasında yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oynadığı mühüm rola, 2009-cu ildə ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin və strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə birgə Fəaliyyət Planının əhəmiyyətinə toxunub, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

SOCAR-ın Rumıniyadakı fəaliyyətinə toxunan A.Mikula ikitərəfli iqtisadi əlaqələrin getdikcə inkişaf etdiyini diqqətə çatdırıb. 2007-2016-cı illərdə Heydər Əliyev Fondunun Rumıniyada keçirdiyi xeyriyyə aksiyalarını xüsusi qeyd edən nazir müavini bu fəaliyyətin ikitərəfli əlaqələrə, xalqlarımız arasındakı isti münasibətlərə töhfə verdiyini vurğulayıb. Təhsil və mədəniyyət sahələrində əməkdaşlıqdan bəhs edən A.Mikula sözügedən sahələrin xalqların yaxınlaşması üçün mühüm rola malik olduğunu bildirib.

Sonra Azərbaycanda keçirilən beynəlxalq tədbirləri, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş etdirilib, milli musiqilərimiz səsləndirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.


İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb