Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6651

Digər sorğular

Bakıda açılan ilk McDonalds bağlanıb?

23:57  |    27 İyun 2017  |   E-mail  |  Çapa göndər


Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən McDonalds restoranlar şəbəkəsinin nümayəndəliyi bağlanıb.

Bu gün səhər saatlarından restorana gələn müştərilər gözlənilmədən restoranın qapısının bağlı olduğunu görüblər. Restoranın qarşısında əyləşən işçilər gələn müştərilərə restoranın hansı səbəbdən bağlanıldığını izah edə bilməyiblər.

Musavat.com-un əməkdaşına açıqlama verən işçilərdən birinin sözlərinə görə dünən axşam saatlarından məlum olmayan səbəbdən restoranın işıqları söndürülüb:

“Bununla bağlı rəhbərlik hələ ki, bizə izahat verməyib. Dünən gecə təxminən 4 saatlarında restoranın işıqları məlum olmayan səbəbdən söndürülüb. Lakin bizə bildirilib ki, bu gün axşam 10 radələrində restoran yenidən fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə McDonalds restoranı məhz Fəvvarələr Meydanında 1999-cu ilin noyabrın 6-da açılıb. Hazırda Azərbaycanda 10 McDonalds restoranı fəaliyyət göstərir ki, bu restoranlarda da 850-dən çox əməkdaş çalışır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Sabahın hava proqnozu açıqlanıb
17.01.2020
Gəncədə polislə silahlı qarşıdurmanın görüntüləri yayımlanıb - VİDEO
17.01.2020
Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir
16.01.2020
Əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib
16.01.2020
Vəkilovların nümayəndəsi də namizəd oldu