Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6600

Digər sorğular

AŞPA-da qurumun sədrini vəzifədən uzaqlaşdırmağa əsas verən sənəd qəbul olunub

18:30  |    27 İyun 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında “Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” adlı hesabat müzakirəyə çıxarılıb.


QAZİLƏR.AZ APA-ya istinadən xəbər verir ki, isveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Aparılan qızğın müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək AŞPA-nın prosedurunun təşkilatın gələcəyi üçün deyil, hansısa fərdlərin cəzalandırılması məqsədilə dəyişdirilməsi cəhdini “əcinnə ovu” adlandırıb: “Biz Azərbaycan nümayəndəsi olaraq hər zaman AŞPA daxilində islahatların aparılmasını dəstəkləmişik, əvvəllər də qurum daxilində islahatların aparılmasının, davranış kodunun zəruri olduğunu bildirmişik və indi də bunu dəstəkləməkdəyik. Bu islahatların əsas məqsədi təşkilatımızın nüfuzunun bərpa edilməsi olmalıdır. Amma çox qəribə yanaşma var. Necə olur ki, AŞPA-nın üzvü Rene Ruke Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdikdə, assambleyanın bəzi üzvləri Krıma getdikdə, heç kim durub buna qarşı çıxmadı, heç kim demədi ki, bəs bu addımlar təşkilatın nüfuzuna xələl gətirir və s... Amma indi birdən-birə nələrsə dəyişdi və bir çoxları başladılar təşkilatın nüfuzundan danışmağa... Yəni, təşkilatın keçmişində də buna oxşar hadisələr olub və həmişə hansısa şəxsin qarşısının alınması üçün belə “islahatlar” aparılıb. Burada açıq deməliyik ki, qurumun daxili nizamnaməsini dəyişməklə, bunu islahatların aparılması naminə deyil, hansısa şəxsə qarşı edirik. Biz doğrudan da qurum daxilində islahatların aparılmasını istəyiriksə, o zaman təşkilatın gələcəyini və bu islahatların bütün 47 üzv ölkə tərəfindən qəbul edilməsini düşünərək hərəkət etməliyik. Amma bunun əksinə olaraq, hansısa şəxsləri cəzalandırmaq üçün dəyişiklik edilirsə, onda bunun adı “əcinnə ovu”dur. Mən bugünkü mövzuya dair çıxış edənlərin siyahısına göz gəzdirdim, erməni nümayəndə heyətinin üzvlərinin çoxu çıxışa yazılıblar. Təbii ki, burada kiminsə ifadə azadlığına qarşı çıxmaq fikrimiz yoxdur, amma elə danışırlar ki, guya bunlar təşkilatda islahatlara can atırlar, halbuki onlar burada sırf öz şəxsi maraqlarını güdürlər”.

Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra AŞPA-nın hazırkı sessiyasında qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2019
AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
11.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
09.12.2019
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09.12.2019
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib