Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azad Rəhimov: Qran-Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik

01:00  |    26 İyun 2017  |   E-mail  |  Çapa göndər

“Qran-Pri gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşahidə olundu. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Bu, bizim ilk qələbəmizdir”.

Qaziler.az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Formula-1 üzrə Azərbaycan Qran-Prisini dəyərləndirərkən deyib.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycanda keçirilən Avropa Qran-Prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artım olub: “Statistikaya baxsaq, bütün biletlərin satıldığın görərik. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdur. Sözsüz ki, belə bir yarışda maraqlı məqamlar olmalıdır. Hazırda “twitter”dəki haştaqlara görə “AzerbaijanGP” dünyada birinci yerdədir. “Bakı” isə 4-cü sıradadır. İndi Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. Bu günə qədər Azərbaycanla bağlı bir dənə də olsun məlumat verməyən NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Qran-Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik. Gələn il də belə maraqlı məqamlar olacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin qalibi “Red Bull” komandasının pilotu Daniel Rikkardo olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
12.09.2019
Ukraynalı futbolçu Rusiyada qazandığı pulu öz ölkəsinin ordusuna göndərib - VİDEO
11.09.2019
Həbibin məğlub etdiyi idmançı: Makqreqorla döyüşmək istəyirəm
08.09.2019
Həbib Nurməhəmmədov: "Bizdə qadınlar papaq qoymur, əsl kişilər papaq daşıyır"
07.09.2019
Həbib, yoxsa Porye? - Dünya bu döyüşü gözləyir