Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Ali Rada Putinə qarşı sanksiyaları təsdiqlədi

21:52  |    27 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman rusiyalılara qarşı şəxsi sanksiyaların tətbiqi haqqında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi əsasında qəbul olunan sənədi təsdiqləyib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, məhdudiyyətlər 35 şəxs, həmçinin Rusiya prezidenti Vladimir Putinə qarşı nəzərdə tutulub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tövsiyəsi aprelin 22-də parlamentə daxil edilib. Ali Rada hesab edir ki, sözügedən şəxslər ukraynalı pilot Nadejda Savçenkonun Rusiyada qanunsuz saxlanmasına görə məsuliyyət daşıyırlar.

Putindən başqa, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, komitənin rəsmi nümayəndəsi Vladimir Markin, dövlət başçısının köməkçisi Vladislav Surkov, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov, Dövlət Dumasının spikeri Sergey Narışkin və “Donetsk Xalq Respublikası” separatçı qurumun lideri İqor Plotnitski sanksiyalar altına düşüb.

Söhbətin məhz hansı sanksiyalardan getdiyi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlində ittiham edir.

Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərq bölgələrinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb. “Bundan sonra ərazi atəşə tutulub və Rusiya jurnalistləri peşə borclarını yerinə yetirərkən həlak olub”, - istintaq materialında deyilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış